Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Taliban rejimində qızların təhsili ilə bağlı fikir ayrılığı dərinləşir

Tarix: 07-04-2025 08:55     Baxış: 3203 A- / A+
Taliban rejimində qızların təhsili ilə bağlı fikir ayrılığı dərinləşir
Əfqanıstanda Taliban rejimi daxilində qızların təhsil alması ilə bağlı fikir ayrılığı var.

Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bəzi nazirlər qızların təhsilinə qoyulan qadağanın ləğv edilməsi təşəbbüsü ilə çıxış ediblər.
Hərəkatın ali lideri Heybətullah Axundzadənin yaşadığı cənubdakı Qəndəhar şəhərindən olan Taliban üzvləri ilə paytaxt Kabildən olan daha mötədil üzvlər arasında fikir ayrılığı getdikcə dərinləşir.
Əfqanıstanın xarici işlər nazirinin müavini vəzifəsini icra edən Şer Məhəmməd Abbas Stanikzai 2021-ci ilin sentyabrında hərəkatın hakimiyyəti ələ keçirməsindən bir ay sonra tətbiq edilən qadağaya qarşı çıxıb.
Yanvarın 18-də şərqdəki Xost əyalətində keçirilən buraxılış mərasimində Stanikzai "Taliban qızların məktəbə getməsinə qadağa qoymaqla ədalətsizlik etdi" deyə bildirib. O əlavə edib ki, bu, şəriət qanunlarına uyğun deyil, daha çox "şəxsi seçim"lə bağlıd
Talibanın Qətərdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün səlahiyyət verdiyi Stanikzai ölkəni tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, Əfqanıstanda 2,2 milyona yaxın qız təhsil almaqdan məhrum edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar