Xəbər lenti
Myanmada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 3145 nəfərə çatdı

Manevr.az xarici mediaya istinadən xəbər verir ki, Myanmada martın 28-də baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərdən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işləri davam edir. Ölkədəki hərbi idarədən verilən açıqlamada, zəlzələdə həyatını itirənlərin sayının 3145 nəfərə, yaralıların sayının isə 589 nəfərə yüksəldiyi bildirilib. Ən azı 221 nəfərin hələ də itkin düşdüyü bildirilir. Myanmanın mərkəzində ölkənin ikinci ən böyük şəhəri olan Mandalay zəlzələlərdən ən çox zərər çəkmiş bölgə olub. Rəsmi KİV-in məlumatına görə, Mandalayda 2053 ölüm faktı qeydə alınıb, 2691 nəfər yaralanıb, 210 nəfər axtarışdadır.
Zəlzələ nəticəsində məktəblər, monastırlar, paqodalar, xəstəxanalar və hökumət binaları ilə birlikdə təxminən 22.000 ev dağılıb. Zəlzələlərdən sonra 68 afterşok qeydə alınıb.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar