Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bill Qeytsin maşınını görənlər inanmadı - FOTOLAR

Tarix: 03-04-2025 17:18     Baxış: 4173 A- / A+
 
Bir çox insanlar hesab edir ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Bununla belə, istisnalar var.
"Top Speed" jurnalı "Microsoft"un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat verib. Milyarderin seçimi olduqca gözlənilməz olub.
Qeyd olunur ki, Meyers qardaşlarının podkasti zamanı Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu qırmızı rəngli "Fiat 500e RED Edition"dır.
Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.
Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var - Porsche Taycan. Bununla belə, ona ən müsbət emosiyalar verən "Fiat 500e"dir.
"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", - milyarder deyib.
Nəşr xatırladıb ki, Fiat 500e kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.
Bundan əlavə, Fiat 500e xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur. Jurnalistlər gündə 200 kilometrdən az sürən, lakin əla kompakt elektrik avtomobili axtaran sürücülərə bu modelə diqqət etməyi tövsiyə ediblər. /Lent.az

Manevr.az




 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar