Xəbər lenti
Van Damm Rumıniyada insan alverində ittiham olunur

Rumıniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Damm barəsində insan alveri işi üzrə istintaq başladıb.
Manevr.az-ın məlumatına görə, qaynarinfo bu barədə yerli mediaya istinadən xəbər verir.
65 yaşlı Van Dammın 10 ildən çox əvvəl insan alverinin qurbanı olmuş rumıniyalı qadınlarla intim əlaqəyə girdiyi iddia edilir. İstintaq materiallarına əsasən, aktyorun Kann şəhərində "hədiyyə olaraq" bir neçə qadın aldığı bildirilir. Hakimiyyət orqanlarının məlumatına görə, o, həmin qadınların istismara məruz qaldığını əvvəlcədən bilib.
Vəkil Adrian Kukulis bildirib ki, aktyor ümumilikdə "həssas vəziyyətdə" olan beş qadınla cinsi əlaqədə olmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, insan alveri şəbəkəsi "model agentliyi" adı altında fəaliyyət göstərən iş adamı Morel Bol tərəfindən təşkil edilib. 2022-ci ildə Bol yetkinlik yaşına çatmayanların ticarəti ilə bağlı cinayət işinin əsas fiqurlarından biri kimi istintaqa cəlb olunub və bu iş üzrə araşdırmalar hələ də davam edir.
DIICOT Van Dammın adının keçdiyi cinayət işinin icraata götürüldüyünü təsdiqləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































