Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İran ətrafında gərginlik böyüyür – Bombardman mesajı verildi

Tarix: 02-04-2025 12:21     Baxış: 3119 A- / A+


ABŞ-nin Hind okeanında İranın nüvə obyektlərini vura biləcək döyüş təyyarələri yerləşdirməsi fonunda Tehran xəbərdarlıq edir ki, Vaşinqton hərəkətə keçərsə, İran nüvə silahı hazırlayacaq.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Yerusəlim Post” (YP) yazır.
İranın dini lideri Əli Xameneyinin köməkçisi Əli Laricani dünən baş verənlərlə bağlı deyib: “Əgər ABŞ və ya İsrail nüvə bəhanəsi ilə İranı bombalayarsa, Tehran atom bombası istehsalı istiqamətində addım atmağa məcbur olacaq”.
İsrail nəşri bildirir ki, İran uranı “dinc məqsədlər” üçün zənginləşdirdiyini iddia etsə də, zənginləşdirilmiş uran ehtiyatı nüvə silahı üçün lazım olan səviyyəyə yaxınlaşır:
“Tehran, həmçinin ballistik raketlərinin uçuş məsafəsi və dəqiqliyini artırıb. Gələcəkdə bu raketlərə nüvə qurğuları yerləşdirə bilər. Prezident Donald Tramp ötən həftəsonu xəbərdarlıq etmişdi ki, İran Amerika ilə razılaşmasa, bombardman ediləcək.
ABŞ liderinə cavab verən Laricani bildirib: “Hər hansı bir anda ABŞ və ya İsrail tərəfindən bombardman olsa, İranı fərqli bir qərar verməyə məcbur edəcəksiniz. Bu da sizin xeyrinizə deyil”.
Nəşr xatırladır ki, İran son bir neçə onillikdə nüvə proqramının bir çox komponentlərini inkişaf etdirməyə başlayıb və bundan Qərblə danışıqlarda güzəştlər əldə etmək üçün istifadə edir:
“Həmçinin Tehran nüvə silahı hazırlamadığını iddia edir. Əslində, Tehran elə bir ssenari qurur ki, onun nüvə silahı yaratmasının qarşısını almaq cəhdi daha sonra onun nüvə silahı yaratması üçün bəhanə olacaq. Bu fonda İran uranı zənginləşdirməyə davam edir, nüvə silahının inkişafına kömək edəcək raket və digər texnologiyalar sahəsindəki imkanlarını artırır.
İran ABŞ üçün kompleks mina sahəsi hazırlayır. Əgər ABŞ hərəkətə keçmək qərarına gəlsə, İran bunu silahlandırmaq üçün bəhanə kimi istifadə edəcək. İran özünü qurban kimi göstərərək Rusiya və Çindən dəstək istəyəcək. Digər yandan, ABŞ və ya başqaları hərəkətə keçməsə, o zaman İran silahlanmanın finiş xəttinə çata bilər. Bu durumda onun qarşısını almaq üçün hər hansı bir cəhd, qabaqlayıcı zərbələrin endirilməsi təhlükəli olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar