Xəbər lenti
Tramp yenə Qrenlandiyadan danışdı: Mənim üçün əhəmiyyətli deyil...

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı alacağına tam əmin olduğunu bildirib.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, bu fikrini o, NBC News-a bu məqsədə çata biləcəyinə əmin olub-olmadığına dair sualı cavablandırarkən açıqlayıb: "Bəli, yüz faiz əminəm".

O, "hərbi güc olmadan bunu etmək üçün yaxşı şansın olduğunu", lakin bununla yanaşı, "heç nəyi istisna etmədiyini" də qeyd edib.
Bunun dünyaya hansı siqnal göndərəcəyi ilə bağlı suala Tramp vecinə olmadığını bildirib: "Mən bu barədə düşünmürəm. Mənə əhəmiyyətli gəlmir. Qrenlandiya tamamilə fərqli bir məsələdir. Söhbət beynəlxalq sülh, təhlükəsizlik və gücdən gedir".
Amerika prezidenti həmçinin iddia edir ki, “Qrenlandiya yaxınlığında Rusiya, Çin və bir çox başqa ölkələrdən üzən gəmilər var”, ona görə də ABŞ “dünya və ABŞ üçün zərərli olan şeylərin baş verməsinə” imkan verməməlidir.

Tramp martın 13-də ölkəsinin Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq edəcəyinə əminliyini ifadə edib. Martın 4-də o, adanın əhalisinin ərazinin ABŞ-a qoşulması qərarını bəyənəcəyini bildirib.
Tramp bundan əvvəl də bir neçə dəfə Qrenlandiyanın onun ölkəsinə qoşulmalı olduğunu bildirib. O, Danimarka adadan imtina etməsə, onu yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Lakin Danimarka və Qrenlandiya hakimiyyəti bu fikri rədd edib.
Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Müqaviləsi imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar