Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gəncə Ukraynada yüksək vəzifə verildi - FOTO

Tarix: 27-03-2025 20:49     Baxış: 394 A- / A+

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim "Xalqın xidmətçisi" partiyasının Nikolayev (ukraynaca: Mykolayiv) şəhər şurası üzrə fraksiya sədri olub.
Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.
Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.
Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçki keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.
Bu təyinat Ukraynada fəaliyyət göstərən azərbaycanlı diasporunun cəmiyyətə inteqrasiyası və ictimai-siyasi həyatda fəallığının nümunəsi kimi qiymətləndirilir.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar