Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski, Starmer və Makron "Qətiyyətlilər koalisiyası" görüşündən əvvəl görüşdülər

Tarix: 27-03-2025 17:33     Baxış: 3105 A- / A+
Zelenski, Starmer və Makron
Prezident Volodimir Zelenski, Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron "Qətiyyətlilər Koalisiyası" görüşündən əvvəl ilk danışıqları aparıblar.
Manevr.az xəbər verir ki, bu barədə Sky News yazıb.

27 mart, cümə axşamı günü Makron, Zelenski və Starmer Yelisey sarayında qısa görüş keçiriblər. Daha geniş danışıqlar isə bir qədər sonra baş tutacaq.


Qeyd edildiyi kimi, bugünkü "Qətiyyətlilər koalisiyası" görüşünə Starmer və Makron birgə rəhbərlik edirlər.

Fransa və Britaniyanın başçılıq etdiyi bu koalisiya bir neçə həftədir Ukraynaya minlərlə hərbçi göndərmək planı üzərində işləyir. Məqsəd gələcəkdə mümkün atəşkəsin təmin edilməsidir.
Lakin Reuters agentliyinə danışan Avropa diplomatlarının fikrincə, bu planın reallaşması ilə bağlı getdikcə daha çox şübhələr yaranır. Onlar bunun səbəbi kimi logistik çətinlikləri, qüvvə çatışmazlığını, Rusiyanın müqavimətini və ABŞ-ın təhlükəsizlik zəmanətlərinin olmamasını göstərirlər.
26 martda Makron açıqlamasında vurğulayıb ki, Paris və Londonun irəli sürdüyü Qərb hərbi kontingentinin Ukraynaya göndərilməsi ideyası, cəbhə xəttində birbaşa yerləşdirilməni nəzərdə tutmur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar