Xəbər lenti
Şimali Koreya Rusiyaya daha 3 min əsgər göndərdi

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərməsinin əks-sədası davam edərkən, Cənubi Koreya ordusundan mövzu ilə bağlı təəccüblü bir iddia gəldi.
Manevr.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri (JCS) tərəfindən edilən açıqlamada, Pxenyanın ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərdiyi və bu əsgərlərdən 4 mininin öldüyü və ya yaralandığı xatırladıldı. Şimali Koreyanın bu il Rusiyaya əlavə hərbçi yerləşdirdiyi ifadə edilən açıqlamada, “Yanvar-fevral ayları arasında əlavə olaraq 3 min əsgərin göndərildiyi təxmin edilir. Qeyd edilib ki, Şimali Koreya Rusiyaya raket, sursat və artilleriya avadanlığı, o cümlədən xeyli sayda qısa mənzilli ballistik raketlər, təxminən 220 ədəd 170 mm-lik özüyeriyən artilleriya sistemi və 240 mm-lik reaktiv yaylım atəşi qurğuları tədarükünü davam etdirir.
Cənubi Koreya Baş Qərargahının ötən yanvar ayında verdiyi açıqlamada, "Şimali Koreyanın məruz qaldığı çoxsaylı itki və əsirlərdən sonra yeni tədbirlər görmək və əlavə hərbi personal yerləşdirmək üçün hazırlıqlarını sürətləndirdiyi qiymətləndirilir".
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda Pxenyanda görüşərək Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar. Putin, bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqavilənin "tərəflərdən birinə qarşı xarici hücum zamanı qarşılıqlı yardımı da ehtiva etdiyini" bildirmişdi. Putin, “Rusiya bu imzalanmış müqaviləyə uyğun olaraq Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı istisna etmir” deyib. Baş verənlərin ardınca Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi məlum olub.
Sevda
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar