Xəbər lenti
Muzey rəhbəri 66 yaşında 10-cu övladını dünyaya gətirdi

Yaşının çox olmasına baxmayaraq sağlam uşaq dünyaya gətirən qadın doğuş sirrini açıb.
Manevr.az-ın xarici mediaya istinadən xəbərinə görə, 66 yaşlı Alexandra Hildebrandt 10-cu övladını Almaniyanın paytaxtı Berlindəki klinikalardan birində dünyaya gətirib.
Martın 19-da qeysəriyyə əməliyyatı olunan qadın hər kəsi daha çox uşaq dünyaya gətirməyə çağırdığını bildirib.
Hazırda Berlin Divarı Muzeyinin rəhbəri olan qadın "Böyük ailəyə sahib olmaq çox gözəldir" - deyə bildirib.

Mütəxəssislər 40 yaşından sonra qadınlarda doğuş nisbətinin sürətlə azaldığını bildirirlər. Bild qəzetinə danışan Hildebrandt, yaşının çox olmasına baxmayaraq uşağın sağlam doğulmasının sirrini bu ifadələrlə açıqlayıb: “Çox sağlam qidalanıram, müntəzəm olaraq bir saat üzürəm, iki saat gəzirəm, siqaret çəkmirəm, içki içmirəm və heç vaxt doğum həblərindən istifadə etməmişəm”.
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar