Xəbər lenti
Yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular

Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu ilə yanaşı, Bolu vilayətinin Xüsusi idarənin lisenziyaların verilməsi şöbəsinin müdiri Yeliz Erdoğan, keçmiş müdir Mehmet Özel, eləcə də statistik hesablamalar aparan inşaat mühəndisi İsmail Haluk İnceler, işlərin təhlükəsizliyi üzrə ekspert Ece Kayacan, memar Muharrem Şen, Mustafa Selman Çelen və Kübra Demir saxlanılıb.
Prokurorluqdakı ifadələrindən sonra Ece Kayacan, İsmayıl Haluk İnceler və Muharrem Şen sərbəst buraxılıb.
İstintaq çərçivəsində hoteldə baş verən yanğına görə məsuliyyət daşıyan digər şəxslərin də dindirildiyi bildirilib.
Xatırladaq ki, yanvarın 21-də baş verən yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Hadisə ilə bağlı çoxlu sayda insan saxlanılıb. Hotel sahibi Halit Ergül və biznes meneceri Emir Aras həbs edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar