Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular

Tarix: 27-03-2025 09:21     Baxış: 3130 A- / A+
Türkiyənin Bolu vilayətinin Kartalkaya rayonunda 78 nəfərin həyatını itirdiyi yanğınla bağlı aparılan istintaq çərçivəsində hotel sahibi Halit Ergülün həyat yoldaşı və iki qızı həbs ediliblər.
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu ilə yanaşı, Bolu vilayətinin Xüsusi idarənin lisenziyaların verilməsi şöbəsinin müdiri Yeliz Erdoğan, keçmiş müdir Mehmet Özel, eləcə də statistik hesablamalar aparan inşaat mühəndisi İsmail Haluk İnceler, işlərin təhlükəsizliyi üzrə ekspert Ece Kayacan, memar Muharrem Şen, Mustafa Selman Çelen və Kübra Demir saxlanılıb.
Prokurorluqdakı ifadələrindən sonra Ece Kayacan, İsmayıl Haluk İnceler və Muharrem Şen sərbəst buraxılıb.
İstintaq çərçivəsində hoteldə baş verən yanğına görə məsuliyyət daşıyan digər şəxslərin də dindirildiyi bildirilib.
Xatırladaq ki, yanvarın 21-də baş verən yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Hadisə ilə bağlı çoxlu sayda insan saxlanılıb. Hotel sahibi Halit Ergül və biznes meneceri Emir Aras həbs edilib.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar