Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan həbs olunanda nə etmişdi? 

Tarix: 22-03-2025 17:16     Baxış: 3179 A- / A+


Bildiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra bələdiyyə sədri Əkrəm İmamoğlu saxlanılıb. Bundan sonra CHP sədri Özgür Özəl bu həbsə etiraz olaraq xalqı küçələrə çıxmağa çağırdı. Bəs hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 1999-cu ildə bələdiyyə sədri işlədiyi dövrdə haqsız yerə həbs olunanda nə etmişdi?
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Əhməd Hakan yazıb.
O xatırladıb ki, Ərdoğan 26 mart 1999-cu ildə saxlanılaraq 4 ay 10 gün həbsxanada qalıb:
“Ərdoğan bələdiyyə sədri vəzifəsində çalışırdı. Birdən-birə onu vəzifəsindən uzaqlaşdırdılar. O, nə korrupsiyada, nə də terrorçularla əməkdaşlıqda ittiham olunurdu. Bəs günahı nə idi? Şeir oxumuşdu. Sonra Ərdoğana “siyasi qadağa” qoydular. Bitmədi. Sonra onu həbsxanaya saldılar. O zaman əhalinin geniş bir hissəsi arasında böyük qəzəb var idi. Reaksiya böyük idi. Amma Ərdoğan heç vaxt xalqı küçələrə çağırmadı. O, nə ədliyyə işçilərini hədələdi, nə də vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaya səbəb olacaq hər hansı bir hərəkət etdi. Bəs Ərdoğan nə etdi? O, məhkəmənin qərarına sakit və səbirlə hörmət etdi. Qərarın ədalətsiz olduğunu bilsə də. Həmin ilin 24 iyul tarixində isə azadlığa çıxdı.
Hazırda İmamoğlu həbsdədir. Yəni heç bir etiraz olmayacaq? Təbii ki, göstəriləcək. CHP kimi bir partiya etiraz etmək üçün qanuni yollar tapmalıdır. CHP kimi bir partiya “qanunsuz təşkilat” kimi reaksiyasını göstərməməlidir, öz üzvlərini təhlükə altında qoymamalıdır, tərəfdarlarının polislə toqquşmasına səbəb yaratmamalıdır, təxribat üçün açıq çağırışlar etməməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar