Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

KİV: Suriyanın yeni lideri Rusiyadan Bəşər Əsədi tələb edir

Tarix: 22-03-2025 16:35     Baxış: 3323 A- / A+
KİV: Suriyanın yeni lideri Rusiyadan Bəşər Əsədi tələb edir
Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Vladimir Putindən Rusiyadan sığınacaq almış keçmiş Suriya prezidenti Bəşər Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını tələb edib. 
Manevr.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb. Kanal heç bir təfərrüat verməyib.

2024-cü ilin dekabrından "Həyat Təhrir əl-Şam” qruplaşması Suriyada hakimiyyəti ələ keçirib və Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçıb. O, 2000-ci il iyulun 17-dən prezident vəzifəsini tutub.


2025-ci ilin martında Suriyanın əsasən ələvilərin yaşadığı bölgələrində təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Martın 7-də Suriya ordusu Tartus və Latakiyanın mərkəzini işğal edib və Əhməd əş-Şara üsyançıları "gec olmadan silahlarını yerə qoymağa və təslim olmağa” çağırıb. O, toqquşmaların gözlənilən problemə çevrildiyini düşünür. Son məlumatlara görə, Suriyada 1500-ə yaxın insan ölüb.

Martın 13-də Suriyanın müvəqqəti prezidenti konstitusiya bəyannaməsini imzalayıb. O, ölkədə beş il davam edəcək keçid dövrünün hüquqi əsaslarını müəyyən edir. Martın 20-də Vladimir Putin Əhməd əl-Şaraya mesaj göndərərək ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün yeni hökumətin səylərini dəstəklədiyini bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar