Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Pavel Baev: “Putin Cənubi Qafqazda Ərdoğana uduzdu"

Tarix: 21-03-2025 17:36     Baxış: 3100 A- / A+


Rusiyanın Cənubi Qafqazda rolunu gücləndirmək fürsəti əldən çıxıb, Moskva burada Türkiyəyə uduzub.
Manevr.az Teleqraf-a istinadən xəbər verir ki, bunu rus analitik, Norveçin Oslo Sülh Tədqiqatları İnstitutunun professoru Pavel Baev deyib.
“Ukraynadakı müharibədən əvvəl Türkiyənin təzyiqi altında Rusiyanın geri çəkildiyi bir tendensiya yaranmağa başlamışdı, bu tendensiya 2019-cu ildə Liviyada “Vaqner” qrupunun Tripolidəki hücumunu dayandırması və Ərdoğanın Suriyada atəşkəs danışıqları ilə İdlibin Rusiyanın imkanlarından kənarda qalması ilə start götürdü. Bu tendensiyanın ən güclü ifadəsi 2020-ci ildə Cənubi Qafqazda baş verən müharibədir ki, bu müharibənin nə qədər sürətlə inkişaf etdiyini və Türkiyənin bu müharibənin sona çatmasında nə qədər həlledici rol oynadığını nəzərə alsaq, Rusiya üçün kifayət qədər şok oldu.
Bu iki lider (Putin və Ərdoğan) arasında münasibətlərin yaxşı-pis məqamları olub, amma Rusiyanın Türkiyənin təzyiqi altında geri çəkilməsi məsələsinə, məncə, Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrdə baş verənlər kontekstində baxılmalıdır”, - ekspert bildirib.
Baev əlavə edib ki, Ukrayna müharibəsi nəticəsində Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu genişləndirmək imkanları xeyli azalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar