Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

İmamoğlu işində Acun Ilıcalının ADI HALLANDI

Tarix: 20-03-2025 16:46     Baxış: 3108 A- / A+
İmamoğlu işində Acun Ilıcalının ADI HALLANDI
 İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə açılan istintaq işində adı hallanan və barəsində həbs qətimkan tədbiri seçilən Merthan Açıl media maqnatı Acun Ilıcalının köhnə bacanağı imiş. 
 
Bu barədə "Sabah" qəzeti məlumat yayıb. 
 
Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Açıl ilə evli olan və Acuna məxsus futbol klubu "Hull City"də işləyən Merthan Açılın 2019-cu ildə qurduğu reklam şirkəti vasitəsi ilə İstanbul Böyükşəhər Bələdiyyəsindən ard-arda tenderlər aldığı üzə çıxıb.  
 
Merthan Açıl hazırda xaricdə olduğu üçün saxlanılmayıb. 
 
Məlum olub ki, əməliyyatların başlamasının ardından Merthan Açıl tələm-tələsik sosial media hesablarını bağlayıb. Onun həyat yoldaşı isə sosial media hesablarını bağlamayıb, Kübra Açılın əməliyyat və iddialarla bağlı danışmaması, səssiz qalması diqqətlərdən yayınmayıb. 
 
Qeyd edək ki, İstintaq çərçivəsində "Hull City"də işləyən Merthan Açılın sahibi olduğu şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsindən 334 milyon 718 min 500 TL (təxminən 10 milyon dollar) dəyərində müstəsna tenderlər aldığı məlum olub. Haqqında həbs qətimkan tədbiri seçilən Merthan Açıla məxsus "Creative Medya Reklam A.Ş" şirkəti konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və təqdimatlar təşkil etməklə məşğul olub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar