Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ Ermənistana texnika göndərəcək?

Tarix: 17-03-2025 18:19     Baxış: 3278 A- / A+



ABŞ Silahlı Qüvvələri Almaniyada yerləşən bazalarından avadanlıq və nəqliyyat vasitələrini Ermənistan poliqonlarında yerləşdirməyi planlaşdırır.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin dövlət satınalmaları portalını araşdırma çərçivəsində "Russia Today" yayıb. 
Bildirilib ki, köçürmə Almaniyanın Dülmen bölgəsindəki bazadan Ermənistandakı Zar bazasına edilə bilər.
Prosesin iyulun 16-dan avqustun 7-nə qədər davam etməsi gözlənilir. 
Daşınma üzrə xidmətlərin göstərilməsinə dair tenderdə qeyd olunub ki, avadanlıqların Almaniyaya geri qaytarılması dövrü avqustun 21-dən sentyabrın 20-nə qədər göstərilib. 
Müqavilə, həmçinin avadanlıqların Ermənistandakı Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur. 
Qeyd olunub ki, ümumilikdə nəqliyyat vasitələri, generator və konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar