Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI

Tarix: 14-03-2025 18:42     Baxış: 3151 A- / A+
Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqının (Aİ) müşahidəçilər missiyasının nə zaman ölkədən çıxarıla biləcəyindən danışıb.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, Mirzoyanın sözlərinə görə, Aİ müşahidəçiləri mandatlarına uyğun olaraq sərhədyanı bölgələrdə sabitlik və sülh prosesinə töhfə verirlər.
Ararat Mirzoyan jurnalistlərlə söhbətində Aİ müşahidəçilərinin Azərbaycanla sülh sazişi imzalandıqdan sonra gedəcək, yoxsa qalacaqları sualına cavab verib.
Xarici işlər naziri Aİ-nin mülki missiyasının fəaliyyətinə böyük önəm verdiklərini bildirib və minnətdarıq edib.
Mirzoyan deyib ki, Aİ müşahidəçiləri sülh sazişi imzalanana qədər missiyanı yerinə yetirməyə davam edəcəklər.
Mirzoyan qeyd edib ki, müqavilə imzalanıb ratifikasiya olunanda və qüvvəyə minəndə bu, sülhün bərqərar olması demək olacaq.
"Onların funksiyası sülhə töhfə verməkdən ibarət idi, əgər saziş qüvvəyə minərsə, sülh bərqərar olacaq. Ona görə də Aİ tərəfdaşlarımızla onların mandatına hansı dəyişikliyin edilməsi, əməkdaşlığın necə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmalıyıq".
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasındakı danışıqlarda rəsmi Bakının əsas tələblərindən biri üçüncü ölkə nümayəndələrinin sərhəd bölgəsindən çıxarılması idi. Ermənistan bu tələbi artıq qəbul edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar