Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın GİZLİ PLANI üzə çıxdı: Əsgərlər qaz kəmərləri ilə... - ŞOK GÖRÜNTÜ

Tarix: 10-03-2025 15:45     Baxış: 3120 A- / A+
ABŞ-nin kəşfiyyat məlumatlarının paylaşımını dayandırmasından sonra Ukrayna ordusu, demək olar ki, “kor” vəziyyətə düşüb. Bu vəziyyətdən istifadə edən Rusiya ordusu Ukraynanın əks-hücum təşkil etdiyi Kursk bölgəsində 7 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib. Rusiya Müdafiə Nazirliyi Kurskda həyata keçirilən hücumlarla nəzarətə götürülən yaşayış məntəqələrinin sayının 32-yə yüksəldiyini açıqlayıb.
Telegraph nəşri xəbər verir ki, Rusiya əsgərləri Kurskda təşkil edilən hücum üçün təbii qaz boru xəttindəki borulardan istifadə ediblər.
Rusiya xüsusi qüvvələri Kursk bölgəsindəki Suca şəhərinə sızmaq məqsədilə 15 km boyunca təbii qaz boru xətti ilə irəliləyərək bir neçə gün orada qalıblar.
Rusiyaya aid Telegram kanallarında qaz maskası taxmış xüsusi təyinatlıların boruların içindən irəlilədiyi görüntülər yayımlanıb.
Ukrayna Baş Qərargahı Rusiyanın “sabotaj və hücum qruplarının” boru xəttindən istifadə edərək Suca yaxınlığında bir baza qurmağa cəhd etdiyini, lakin bunun “vaxtında aşkar edildiyini” bildirib. Rəsmi açıqlamada Ukrayna ordusunun Sucadakı hücumu dəf etmək üçün pilotsuz uçuş aparatları, raketlər və artilleriya hücumları təşkil etdiyi qeyd olunub.musavat.com

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar