Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müsəlman ölkəsinin LİDERİ: "Qurban bayramında heyvan kəsməyin"!

Tarix: 08-03-2025 21:56     Baxış: 4114 A- / A+


Müsəlman ölkəsinin LİDERİ:  "Qurban bayramında heyvan kəsməyin"!
Mərakeş kralı mal-qaranın sayının azalmasına və ətin bahalaşmasına səbəb olan quraqlıq səbəbindən insanları bu ilin sonunda Qurban bayramı zamanı qoyun kəsməkdən çəkinməyə çağırıb.
Xarici KİV bildirir ki, müsəlman dünyasında hər il iki əsas İslam bayramından biri olan və bu ilin iyun ayında keçiriləcək Qurban bayramında milyonlarla qoyun, keçi və digər mal-qara kəsilir.
Lakin Mərakeşdə ardıcıl yeddinci ildir ki, quraqlıq davam edir və bu, 12 ayda mal-qaranın sayının 38 faiz azalmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yağıntılar son 30 ilin orta göstəricisindən 53 faiz az olub.
Kral bayramın əhəmiyyətini etiraf etməklə yanaşı, xalqını “qurban kəsməkdən çəkinməyə” çağırıb.VI Məhəmmədin atası II Həsən də 1966-cı ildə ölkə uzun sürən quraqlıq zamanı oxşar çağırış edib.
Mal-qaranın sayının azalması ətin qiymətində artıma səbəb olub. Ayda 290 avro civarında minimum əmək haqqı olan ölkədə ətin bahalaşması yoxsulların üzərinə əlavə yük olub.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar