Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Nasistlərin fal sevgisi – Falçının qismətində dar ağacı gördüyü Hess 92 yaşında asılmış halda tapılıb

Tarix: 03-03-2025 14:13     Baxış: 442 A- / A+
Nasist Almaniyasında astrologiyanın rəsmən qadağan edilməsinə baxmayaraq, III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri Henrix Himmler, Hitlerin “sağ əli” Yozef Göbbels və fürerin müavini Rudolf Valter Rixard Hess gizli elmdən və onun tərəfdarlarından istifadə etməkdən imtina etməyiblər.
Uğursuz Nostradamus
Berlindən uzaqda yaşayan nasizm pərəstişkarı astroloq Karl Ernst Kraft Himmlerin şöbəsində xidmət edən dostuna məktub yazaraq, noyabrın 7-dən 10-a kimi onların “sevimli lideri”nin təhlükədə olacağını bildirib. 9 noyabr 1939-cu ildə Münxendəki pivə zalında bomba partlayanda Kraft sui-qəsdçilərin cinayət ortaqlarından biri kimi həbs olunub.
nass-3.jpg (70 KB)
Lakin hiyləgər Kraft, dindirmələrin birində Nostradamusun adını çəkib, onun bir çox proqnozları nəinki tamamilə gerçəkləşdiyini, həm də XX əsrin ortaları dövrünə aid olduğunu bəyan edib.
Üçüncü Reyxin əsas təbliğatçısı Yozef Göbbels Hitlerin xalqların xilaskarı kimi Avropaya gəlişinin qaçılmazlığını təbliğ etmək üçün astroloqdan istifadə etmək qərarına gəlib. Kraft orta əsr münəcciminin misralarını özünəməxsus şəkildə şərh etməyə başlayıb və onlar təbliğat məqsədi ilə böyük tirajlarla çap olunub. Hər şeydən əvvəl ingilislər dördlüklərin bu təfsirinə qarşı çıxıblar və belə bir şərhi “Hitlerə xidmət” adlandırıblar. Bir çox tənqidlərdən sonra Göbbelsin şöbəsi qərara gəlib ki, Kraft tapşırığı yerinə yetirə bilməyib. Onu yenidən həbs düşərgəsinə göndəriblər, orada tif xəstəliyinə tutulan astroloq sağalmayıb.
Himmlerin çevrəsindən olan başqa bir astroloq Vilhelm Vulf daha şanslı olub. Hamburq sakini 1920-ci illərdə astrologiya ilə, demək olar ki, peşəkar şəkildə məşğul olub. 10 may 1941-ci ildə, hələ almanlar SSRİ-yə hücum etməmiş, əyninə Lüftvaffe uniforması geyinərək təkbaşına alman qırıcı təyyarəsində sülh bağlamaq məqsədilə Şotlandiyaya uçuş həyata keçirən fürerin müavini Rudolf Hessin Britaniyada saxlanılmasından sonra Vulf da “qara siyahı”ya düşüb. Həbsxanada Vulfun astroloq olduğunu elan etməsi bir çox həbsxana rəsmilərinin diqqətini çəkib.
nass-2.jpg (88 KB)
Müştərilərindən biri məhbusu hərbi məqsədlər üçün "fövqəltəbii gücləri" araşdıran Berlin institutuna işə düzəldib. Buddizm yoqasını da öyrənmiş astroloq belə bir müəssisədə cəlbedici işçi olub. Çünki bu, alman ordusunun əsgərlərinin psixoloji baxımdan hazırlığı kampaniyası zamanı ən vacib vəzifə idi.
Generalın yuxusu
XX əsrdə həm Almaniyanın, həm də Rusiyanın gizli cəmiyyətləri ilə əlaqəsi olan astroloq Sergey Vronski bolşeviklər tərəfindən evinin həyətində güllələnən çar generalının oğlu olub. Gəzintidən qayıdarkən müəllim Sergeyi saxlayıb. Nəticədə o, qardaş və bacılarının qətlinin şahid olmayıb.
Sergeyin gizli elmlərə marağı astrologiya, palmistika və sehrlə maraqlanan nənəsindən keçib. O, Riqada yaşayan babası ilə nəvəsini Fransadakı Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə tapıb. Latviyada bir yerdə yaşamaq oğlanın nənəsindən çoxlu gizli biliklər mənimsəməsinə və falçı bacarıqlarını inkişaf etdirməsinə səbəb olub. 1933-cü ildə Vronski Almaniyaya təhsil almağa gedib. 1938-ci ildə o, babası və nənəsi ilə ABŞ-yə mühacirət edib.
Təhsil aldığı illərdə Sergey Vronski İohan Koxla, o da öz növbəsində gənc rusu məşhur astroloq Valter Koxla tanış edib. Valter onu bioradiologiya institutuna işə dəvət edib. Burada təkcə astrologiya və sehr öyrədilməyib, həm də ekstrasensor qavrayışın və müalicənin bir çox qeyri-ənənəvi üsulları üzrə mütəxəssislər hazırlayıblar.
nass-1.jpg (47 KB)
Vronski Rudolf Hess ilə İohan Koxun evində tanış olub. Hess rusların imkanlarına o qədər inanıb ki, Sergeydən qeyri-ənənəvi elmləri öyrənmək istəyib. Astroloq nəinki faşist liderinin etimadını qazanıb, həm də ona güclü təsir göstərmək imkanına malik olub. Parlaq intuisiya Vronskiyə bir çox situasiyaları açmağa və Hessə düzgün qərarlar qəbul etməyə kömək edib. Qoroskopda Hess həyatını dar ağacında bitirəcəyi ilə bağlı proqnoz görüb və taleyini kökündən dəyişmək barədə qərar verib. Ehtimal edilir ki, məhz buna görə, Rudolf 1941-ci ilin mayında Şotlandiyaya uçaraq hərbi əsir olub. Britaniya həbsi dövründə Hess get-gedə özünü daha qəribə aparıb və tez-tez yeməyinə zəhər qatılması kimi paranoidal fikirlər səsləndirib. 1945-ci ildə Hess Almaniyaya Nürnberq beynəlxalq hərbi tribunalının qarşısında cavab vermək üçün qaytarılıb. Ruhi vəziyyətinin qeyri-stabilliyinə baxmayaraq. o, ömürlük həbsə məhkum edilib.
Moskva əvvəllər Hessin erkən azadlığa buraxılması üçün bütün cəhdlərin qarşısını alsa da, 1986-cı ildə ilk dəfə olaraq humanistlik etmək məqsədilə onun azadlığa çıxarılması məsələsini müzakirəyə qoyub. 1987-ci ili payızında hətta onun azadlığa buraxılması planlaşdırılıb. Lakin həmin ilin 17 avqust ayında 92 yaşlı Rudolf “Spandau” həbsxanasının həyətində elektrik naqilindən asılı vəziyyətdə tapılıb.
Hətta Hess o vaxt Hitlerlə tanış olmayan Yeva Braunu İohan Koxun evinə gətirib. Ziyafət zamanı o, gülərək Vronskidən onun taleyini söyləməsini xahiş edib. Lazımi məlumatları öyrəndikdən sonra rus ulduz falı tərtib edərək deyib: “O, çox böyük bir insan olacaq” və hamı istehza ilə güldükdə əlavə edib: “Yəqin ki, uğurlu evlilik sayəsində”. Yalnız Hitler ona evlilik təklif edəndə Hess rus astroloqunun proqnozunu xatırlayıb.
Üçüncü dünya müharibəsi
nass-4.jpg (153 KB)
Sergey Vronski insan fəaliyyətinin bir çox sahələrində proqnozlar verib. O, “Həvva üçün ulduz falı” kitabında o vaxt hələ də güclü olan Sovet İttifaqı üçün bir çox hadisələri proqnozlaşdırıb:
“Ölkənin bütövlüyü ilə bağlı proqnoz onu köhnə ittifaq şəklində qorumaq istəyənləri məyus edəcək. Onun parçalanması qaçılmazdır. XX əsr Böyük Britaniya kimi böyük imperiyalarının dağılması və parçalanması ilə yadda qalacaq. Bu tale Yuqoslaviya və bizim birliyimizi də gözləyir”.
Astroloq bildirib ki, Rusiyanın artıq iştirakçı olmayacağı III dünya müharibəsi baş verəcək, lakin ölkə daxilində ciddi miqyaslı hərbi münaqişələrin baş verməsi mümkündür. Həmin kitabda o, XX əsrdə kosmik təsirlərdən də yazıb: “Kosmosun qanunları amansızdır. Birinci dünya müharibəsi əksər imperiyaları və krallıqları, ikincisi “qəhvəyi vəba”nı məhv edib. Üçüncü dünya müharibəsi “qırmızı taunu” məhv etməlidir. Bundan sonra “dünya qardaşlığı”, min illik sülh dövrü gələcək, insan başqa bir insanla tanış olmaqdan şad olacaq, həmyerlisi və ya qərib, ağ və ya qara, qırmızı və ya sarı, fərqinə varmayacaq”.musavat.com 

İlkin Nəcəf

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar