Xəbər lenti
"Oskar-2025" mükafatının bütün qalibləri açıqlandı - SİYAHI

Los-Ancelesdə 97-cı Akademiya Mükafatlarının - "Oskar"ın təqdimetmə mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, mükafatlandırma mərasimi ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Dolby" teatrında keçirilir.
Nəticədə, Oskar mərasiminin əsas qalibləri aşağıdakılar olub:
- Ən yaxşı film – Anora
- Ən yaxşı kişi rolu – Edrian Brodi (Brutalist)
- Ən yaxşı qadın rolu – Mayki Medison (Anora)
- Ən yaxşı rejissor işi – Şon Beyker (Anora)
- Ən yaxşı kişi ikinci plan rolu – Kiran Kalkin (Həqiqi ağrı)
- Ən yaxşı qadın ikinci plan rolu – Zoi Saldana (Emiliya Peres)
- Ən yaxşı tammetrajlı animasiya filmi – Axın
- Ən yaxşı qısametrajlı animasiya filmi – Kiparisin kölgəsində
- Ən yaxşı kostyum dizaynı – Zalımlar: Qərbin cadugəri nağılı
- Ən yaxşı orijinal senari – Anora
- Ən yaxşı adaptasiya edilmiş senari – Konklav
- Ən yaxşı qrim və saç düzümü – Substansiya
- Ən yaxşı montaj – Anora
- Ən yaxşı bədii tərtibat – Zalımlar: Qərbin cadugəri nağılı
- Ən yaxşı mahnı – El Mal (Emiliya Peres)
- Ən yaxşı qısametrajlı sənədli film – Orkestrdə yeganə qız
- Ən yaxşı tammetrajlı sənədli film – Başqa torpaq yoxdur
- Ən yaxşı səs – Dünya: İkinci hissə
- Ən yaxşı vizual effektlər – Dünya: İkinci hissə
- Ən yaxşı qısametrajlı bədii film – Mən robot deyiləm
- Ən yaxşı operator işi – Brutalist
- Ən yaxşı xarici dildə film – Mən hələ də buradayam
- Ən yaxşı film musiqisi – Deniəl Blumberq (Brutalist)
"Ən yaxşı sənədli film" nominasiyasında Ukraynanın "Farfor müharibəsi" filmi də iştirak edib. Lakin qalib İsrail-Fələstin münaqişəsindən bəhs edən "Başqa torpaq yoxdur" filmi olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.png)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar