Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp və Zelenskinin ləğv edilən NAHAR MENYUSU - Onlar üçün nələr hazırlanıb?

Tarix: 01-03-2025 20:22     Baxış: 3214 A- / A+

Ağ Ev rəhbərinin müavini Den Skavino Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin iştirak etməli olduğu nahara hansı yeməklərin daxil olduğunu bildirib.
Manevr.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nümayəndə heyətinə pomidor, kələm və qulançar ilə yaşıl salat təqdim edilməli idi. Qonaqlar üçün əsas yemək menyusuna rozmarinlə bişmiş toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyesi daxil edilib.
“Bu gün günortadan sonra Prezident Tramp və onun gözəl komandası ilə nahar oldu. Saat 13:30-da (Bakı vaxtı ilə 22:30) Prezident Tramp boş yerlərə görə daha bir neçə komanda üzvünü dəvət etdi”, - Skavino yazıb.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Amerika və Ukrayna prezidentləri arasında danışıqlar mübahisə ilə başa çatıb: ABŞ lideri həmkarını hörmətsizlik və minnətdarlıq etmədiyinə görə qınayıb və onu atəşi dayandırmaqdan imtina etdiyinə görə tənqid edib və Vaşinqton olmadan Kiyevin “güclü kartları”nın olmadığını söyləyib. Ardınca Zelenskidən mətbuat konfransını və nadir torpaq metalları ilə bağlı sazişin imzalanmasını ləğv edərək Ağ Evi tərk etməsi tələb olunub.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar