Xəbər lenti
Ürəyi 8 dəqiqəlik dayandı, o dünyada gördükləri şok etdi

Manevr.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə o, “Deyli Mirror”a danışıb.
Sinqleton bildirib ki, ürəyi 8 dəqiqəlik dayanıb və bu müddət ərzində axirət dünyasına gedib:
“Gözəl bir bağda gün işığı altında oturmuşdum. Arxamdakı hündür çəpərin o tərəfindən səslər, gülüşlər eşidirdim. Ailəmin və dostlarımın orada olduğunu bilirdim. Onlara qoşulmaq üçün sadəcə çəpərin o tayına keçmək lazım idi. Lakin mən olduğum yerdə qaldım, çünki çox rahat idim. Uzaqda tarlaların arasında görünən təpələrin mənzərəsi möhtəşəm idi. Mən çox sakit, dinc və gözəl bir yerdə idim. Xoşbəxt və məmnun idim”.
Sinqleton 8 dəqiqə sonra həkimlərin onu həyata qaytardığını, həmin gözəl yerdən ayrıldığını bildirib:
“Düzünü desəm, bura çox narahat və səs-küylü olduğu üçün geri qayıtmaq istəmirdim”.
Bu hadisədən sonra Sinqleton kardiostimulyatorla təchiz edilib və həyatına bu cihazla davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar