Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

3 ölkənin XİN başçıları Türkiyədə bir araya gələcək

Tarix: 26-02-2025 22:43     Baxış: 3238 A- / A+
3 ölkənin XİN başçıları Türkiyədə bir araya gələcək

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub.
 
Manevr.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə görüşündə məlumat verib.
 
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.
 
Xarici işlər nazirləri regiondakı vəziyyət və təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq üçün birgə səylərin əhəmiyyətini də müzakirə ediblər.
 
Maka Boçorişvili bir daha Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiq edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar