Xəbər lenti
3 ölkənin XİN başçıları Türkiyədə bir araya gələcək

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub.
Manevr.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə görüşündə məlumat verib.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.
Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.
Xarici işlər nazirləri regiondakı vəziyyət və təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq üçün birgə səylərin əhəmiyyətini də müzakirə ediblər.
Maka Boçorişvili bir daha Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiq edib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar