Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Putinə görə bu bəyanatdan imtina etdi

Tarix: 22-02-2025 09:38     Baxış: 3129 A- / A+


ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə görə mühakimə olunmasının qarşısını ala bilər.
Manevr.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putini müharibə cinayətlərinə görə mühakimə etmək üçün Nürnberq tipli tribunal hazırlayan ölkələrin “əsas qrupu”nun iclasında ABŞ nümayəndələri Rusiyanı “təcavüzkar” adlandırmaqdan imtina ediblər.
Bundan əlavə, Vaşinqton həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyadan ordusunu Ukrayna ərazisindən çıxarmağı tələb edən BMT bəyanatının həmmüəllifi olmaq istəmir:
"Tramp administrasiyası həmçinin münaqişənin üçüncü ildönümünü qeyd etmək üçün Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" kimi qələmə verəcək G7 bəyanatını imzalamaqdan da imtina etdi. ABŞ prezidenti müharibənin başlamasında Ukraynanı günahlandırdı, Vladimir Zelenskini diktator adlandırdı və Rusiyanın sənayeləşmiş dövlətlərin ittifaqına yenidən dəvət edilməsində təkid etdi.
Beləliklə, Avropa rəsmiləri Trampın Putinə qarşı xeyirxah mövqeyinin Rusiya liderinin Ukraynadakı cinayət əməllərinə görə bağışlanmasına səbəb ola biləcəyindən narahatdırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar