Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı müharibə zamanı qeydə alınan itkiləri bir neçə onminlərlə, yaralılar isə bir neçə yüz mindir. Eyni zamanda, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər dinc sakini öldürdüyünü bilmir.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News"a müsahibəsində məlumat verib.
"Biz itkilər qeydə almışıq: 46 min hərbçi ölüb. Onminlərlə hərbçi döyüşdə və ya əsirlikdə itkin düşüb. Bunu dəqiq bilmək mümkün deyil, çünki itkin düşənlər ölmüş və ya əsirlikdə ola bilər və bunlar onminlərlədir, bu doğrudur", - deyə Zelenski bildirib.
Bundan əlavə, 350 min əsgər yaralanıb, Rusiya 19.500 uşağı deportasiya edib. Eyni zamanda, Ukrayna işğal zamanı nə qədər insanın öldüyünü bilmir, çünki yaşayış məntəqələri işğal edildikdən sonra yarım min cəsədin olduğu qəbirlər tapılıb.
Xəbər lenti
Ukraynada həlak olan hərbçilərin sayı AÇIQLANDI

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar