Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?

Tarix: 15-02-2025 09:09     Baxış: 4184 A- / A+
Bu kəndin bir küçəsində 6000 nəfər yaşayır: Buranı turistlər üçün maraqlı edən nədir?
Polşada dünyanın ən maraqlı yaşayış məntəqələrindən biri yerləşir - minlərlə insanın yaşadığı tək bir küçə.
Manevr.az xəbər verir ki, "Daily Express" qəzetinin yazdığına görə, sehrli Suloszova kəndi öz unikal planlaşdırması ilə bütün dünyada məşhurdur. Əsas və yeganə küçə təxminən 9 kilometr uzunluğundadır və bütün evlər və müəssisələr hər iki tərəfdə yerləşir.
Maraqlıdır ki, binaların arxasında hər istiqamətdə sahələr uzanır və yaşıl və qızılı rənglərdən ibarət mürəkkəb bir mozaika yaradır.
Yuxarıdan baxdıqda kənd bir yarpağı xatırladır, Suloszova qminasının (kəndin daxil olduğu inzibati rayon) şurasının üzvü Katarina Byeda qeyd edib:
"Suloszova təbiətə qərq olub, çoxlu meşə və sahələr var. Bu sahələr bizi dünya şöhrətli edib, çünki dronlarla çəkilən şəkillərdə əsas küçəni əhatə edən sahələrimiz bir az yarpağa bənzəyir".
Kəndin niyə belə unikal formada inşa edildiyi barədə soruşulanda Byeda bildirib ki, tək küçə ənənəsi keçmişdən gəlib, insanların əsasən nəqliyyat rahatlığı üçün bir küçədə yaşaması daha asan idi.
Qeyd edilir ki, 2022-ci ildə Suloszovanın əhalisi 6000 nəfərdən bir qədər az olub və onlardan 5672 nəfəri kəndi öz evi adlandırıb. Baxmayaraq ki, turistlər əvvəlcə kəndin qəribə quruluşu ilə cəlb olunurdular, Suloszovada görüləcək daha çox şey var. Byeda qeyd edib:
"Hər il, xüsusilə yaz və yay aylarında, çoxlu turistlər yerli mənzərə və Pieskova Skala qəsri və ya Maçuqa Herkulesa (Herkulesin topuzu) adlı məşhur qayamız kimi turistik görməli yerlər üçün kəndimizi ziyarət edirlər".
Herkulesin topuzu heyranedici 30 metrlik əhəng daşı sütundur, qəsr isə kənddə hələ də qalmaqda olan XIV əsr istehkamlarından biridir. Yerli qayalar, dərələr və bu ərazidə yerləşən təxminən 400 mağara da turistləri cəlb edir.qaynarinfo

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar