Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Serj Sarkisyanın kürəkəninə cinayət işi açıldı

Tarix: 14-02-2025 09:09     Baxış: 3121 A- / A+
Serj Sarkisyanın kürəkəninə cinayət işi açıldı
Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb.
Manevr.az xəbər verir ki, prokurorluğun məlumatına görə, ittihamlar irimiqyaslı çirkli pulların yuyulması sxemləri və qondarma strukturların yaradılması ilə bağlıdır.

İş üzrə təqsirləndirilən şəxslər arasında "Yerevan Mall"un baş direktoru Vazrik Sekoyan və sahibkar Arşak Poqosyan da var.
İstintaq iddia edir ki, Minasyana məxsus şirkətlər vasitəsilə qondarma kredit müqavilələri bağlanıb və nəticədə bu strukturların hesablarına külli miqdarda, 6,67 milyon avro və 2,764 milyon dollar vəsait daxil olub.
Daha sonra bu vəsaitlər Minasyana məxsus başqa ofşor şirkətin hesablarına köçürülüb və orada digər qeyri-qanuni aktivlərlə qarışdırılıb.
İstintaq orqanları bu hərəkətləri xüsusilə irimiqyaslı çirkli pulların yuyulması kimi təsnif edir.
Cinayət işinin üç epizodu üzrə materiallar məhkəməyə göndərilib.(apa)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar