Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin ən bahalı şəxsi təyyarəsini görün kim aldı - FOTO

Tarix: 08-02-2025 15:14     Baxış: 3178 A- / A+


Türkiyədəki ən lüks və ən bahalı şəxsi təyyarə "Gulfstream G700 Acıbadem Sağlıq Qrupu İdarə Heyətinin sədri Mehmet Ali Aydınlar tərəfindən alınıb.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, pandemiya dövründə aldığı "Gulfstream G650" modelini hazırda istifadə edən Mehmet Ali Aydınlar yeni sifariş verdiyi Gulfstream G700 jetini bu ilin son rübündə təhvil alacaq. Türkiyədə bir çox şəxsi təyyarə olsa da, ən bahalı, ən lüks, ən uzun mənzilli və ən son texnologiya ilə təchiz olunmuş "Gulfstream G700" ilə Mehmet Ali Aydınlar  uçacaq.
Gulfstream G700 20 panoramik pəncərəsi və 19 sərnişinə qədər geniş yerləşmə sahəsi ilə olduqca lüks kabinə sahibdir. Təyyarə G500, G600, G400 və G800 modellərində istifadə olunan "Honeywell" kokpiti ilə təchiz edilib. Bundan əlavə, "fly-by-wire" idarəetmə sistemi və aktiv idarəetmə çubuqları ilə yüksək səviyyədə idarəetmə rahatlığı təmin edir.
G700 xüsusilə G700/G800 üçün dizayn edilmiş yeni qanadcıq sistemi sayəsində daha yüksək aerodinamik səmərəliliyə malikdir. Rolls-Royce Pearl 700 mühərrikləri gözləniləndən daha yaxşı performans göstərərək təyyarəyə Mach 0.935 maksimum sürət qazandırır. Kabinin təzyiq səviyyəsi isə eyni sinifdəki digər təyyarələrlə müqayisədə daha aşağıdır. G700 41.000 fut yüksəklikdə 2.840 fut və 51.000 fut maksimum yüksəklikdə 4.850 fut kabin təzyiqi ilə bütün iş jetləri arasında ən aşağı kabin təzyiqinə sahibdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar