Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilərin istifadəsi ilə bağlı faciə baş verib.
Manevr.az xəbər verir ki, saxta spirtli içkilər səbəbindən 33 nəfər həyatını itirib, 20 nəfərin isə xəstəxanalarda reanimasiyada olduğu bildirilib.
Ankara meri Vasip Şahin açılışında etdiyi çıxışda son günlər Ankarada saxta spirtli içkilərlə bağlı ciddi ölüm hallarının müşahidə edildiyini, bu vəziyyətin onları dərindən kədərləndirdiyini və daha ayıq-sayıq olduğunu bildirib.
Hüquq-mühafizə orqanlarının gecə-gündüz çalışdığını və saxta spirtli içkilər istehsal edərək vətəndaşların həyatını təhdid edənlərlə mübarizədə yoxlamalarını davam etdirdiyini qeyd edən Şahin, bu yoxlamalarda qida təftiş bölmələrinin də iştirak etdiyini bildirdi.
Bu əməliyyatlar nəticəsində təxminən 102 ton etil və metil spirti ələ keçirildiyini bildirən Şahin, davam edən əməliyyatlar çərçivəsində bu məbləğin 62 tonunun Düzce və Konyadan əldə edildiyini açıqladı.
Xəbər lenti
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar