Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gözlənilən çağırış niyə gecikir? – Öcalanın nə istədiyi açıqlandı

Tarix: 06-02-2025 11:04     Baxış: 3130 A- / A+
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının təklifi ilə başlayan yeni prosesdə bütün gözlər PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralıdan (həbsxana) edəcəyi çağırışa çevrilib.
Manevr.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.
Öcalanın PKK-nı tərksilah olmağa çağıracağı deyilərkən, gözlənilən mesajın gecikməsi müzakirələrə səbəb olub.
“TGRT News”un redaktoru Fatih Atik Abdullah Öcalandan gözlənilən çağırışın tezliklə ediləcəyini bildirib: “Öcalanın çağırış edəcəyi an yaxınlaşır”.
Jurnalist Şamil Təyyar isə Öcalanın əfv istədiyini, amma can güvənliyindən narahat olduğu üçün İmralını tərk etmək istəmədiyini deyib.
“Öcalan əfv istəyir, amma İmralıdan çıxmaq istəmir”, - jurnalist vurğulayıb.
Xatırladaq ki, bundan öncə MHP sədri Öcalanı rəhbərlik etdiyi terror təşkilatını buraxmağa çağırıb. Həbsdə olan Öcalan çağırışa müsbət cavab verib. PKK-ya bağlı Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncər Bakırhan təşkilat liderinin bununla bağlı yaxın günlərdə çağırış edəcəyini açıqlayıb.teleqraf.com




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar