Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən yaşlı qadını öldü - FOTO

Tarix: 05-02-2025 12:41     Baxış: 434 A- / A+


Dünyanın ən yaşlı insanı olduğu iddia edilən çinli qadın Lin Şemu 122 yaşında dünyasını dəyişib.

Manevr.az
xəbər verir ki, rəsmi Çin sənədlərinə əsasən, Lin Şemu 18 iyun 1902-ci ildə anadan olub və 122 il 197 gün ömür sürüb. Onun həyatı Qing sülaləsinin Qungxu dövrünə, ABŞ-da Teodor Ruzveltin prezidentliyinə və İngiltərədə Lord Solsberinin baş nazirliyinə təsadüf edir. Titanik gəmisinin batdığı il Lin 10 yaşında olub.
Lin Şemu yeddi övlad anası olub. O, heç vaxt ciddi bir xəstəlik keçirməyib və yalnız yaşlılıq səbəbilə görmə qabiliyyətini itirməsi və yıxılaraq ayaqlarını zədələməsi kimi sağlamlıq problemləri yaşayıb.
Yaxınlarının sözlərinə görə, Lin Şemu hər zaman enerjili, şən və nikbin insan olub. Kiçik oğlu onun heç vaxt kiminləsə mübahisə etmədiyini və daim ailəsinə həyatda hər şeyin mümkün olduğunu söylədiyini bildirib.
Lin uzunömürlülüyünün sirri barədə verdiyi açıqlamada sadə həyat tərzinin önəmini vurğulayaraq, "Yeməyi, içməyi və yatmağı bacarmaq. Bunlar bir nemətdir," - deyə qeyd edib.
Ailəsi onun yaşını təsdiqlətmək üçün Ginnesin Rekordlar Kitabına heç vaxt müraciət etməyib.

Qeyd edək ki, Gerontology Research Group-un məlumatına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İnah Canabarro Lukas hesab olunur. Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı Tomiko İtuka isə 29 dekabrda dünyasını dəyişib.milli.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar