Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə dəhşətli zəlzələdən sağ çıxan Şakiroğlu ÜRƏK SIZLATDI: "Operator qışqırdı ki..." - FOTO

Tarix: 02-02-2025 20:44     Baxış: 327 A- / A+
Türkiyədə dəhşətli zəlzələdən sağ çıxan Şakiroğlu ÜRƏK SIZLATDI: "Operator qışqırdı ki..." - FOTO
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən zəlzələlər nəticəsində ən çox zərər görən Hatayda minlərlə bina yerlə-bir olub, təxminən 25 min insan həyatını itirib.
Manevr.az musavat.com-a istinadən bildirir ki, ölkəni sarsıdan və 11 vilayətdə böyük dağıntılara səbəb olan 6 fevral zəlzələsindən sağ çıxanlardan biri də Mehmet Ali Şakiroğludur.
O, zəlzələdən 260 saat sonra sağ çıxarılıb. Dağıntılar altında sidiyini içərək və tapdığı çiçəyi yeyərək həyatda qala bilib.
Mehmet Ali Şakiroğlu həmin anları belə xatırlayır:
"Mən ailəmlə birlikdə Qaziantepdə yaşayırdım. Oğlum Yusuf 6 fevral gecəsi xəstələndi. Bizi Hataydakı bir xəstəxanaya yönləndirdilər. Həmin gecə saat 22:30-da xəstəxanaya çatdıq. Səhərin açılmasını və həkimin gəlməsini gözləyirdik. Hava soyuq idi. Atamla birlikdə isti bir yer tapmaq üçün gəzərkən xəstəxananın bufetinə rast gəldik. Bufetdə başımı masaya qoydum və yatdım. Yuxulu vəziyyətdə başımı qaldırdığımda yerin titrədiyini və hər kəsin təşviş içində qaçdığını gördüm. Atam qarşımda otururdu, lakin o qarışıqlıqda onu itirdim. Xəstəxananın poliklinika hissəsinə tərəf qaçdım. Özümü şüşəyə vurub çıxmağa çalışdım, amma qapı açılmadı. Əllərimi başımın üzərinə qoyaraq qorunmağa çalışdım. Gözlərimi açanda hər tərəfin betonla örtüldüyünü gördüm. Gələn səsləri eşidirdim, lakin üzərimizdə çox beton olduğu üçün səsimizi eşitdirə bilmirdik.
Mən zəlzələnin 12-ci günü gecə dağıntılar altından çıxarıldım. Əllərimlə nəsə axtararkən canlı bir çiçək tapdım. Çiçək plastik də olsa, yeyəcəkdim. Çiçəkləri kiçik hissələrə bölüb yeyirdim, sidiyimlə qidalandım. Ağzım yuxarı vəziyyətdə yatırdım. Həyat uğrunda mübarizə apardım, ümidimi Allahdan kəsmədim. Daim buradan çıxmalıyam deyə düşünürdüm. İndi düşünəndə bu qədər acıya necə dözdüyümü bilmirəm.
Mən ayağımı tərpətdim, yuxarıdakı operator "burada ayaq var" - deyə qışqırdı. Həmin an dünya mənim oldu. Gecə çölə çıxdığımda ulduzları gördüm. Dağıntılar altından çıxanda bədənimdə heç bir cızıq yox idi. Ailəm 12 gün boyunca orada idi. Onlar artıq ümidini itirib evə getmək istəyəndə, məhz o zaman çıxarıldım". 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar