Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
BÜTÜN XƏBƏRLƏR

96 min ödəmişdi, 712 min manat geri qaytarıldı - FOTO

Tarix: 28-11-2025 12:13     Baxış: 311 A- / A+


Ötən gün Azərbaycanda ən böyük aqrar sığorta ödənişi edilib.
Manevr.az xəbər verir ki, Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Xaçmaz rayonunun Tell kəndlərində yerləşən "Naxo Group" MMC şirkətinə məxsus nektarin bağı güclü şaxtalar nəticəsində zərər görüb. Rayonun Cığatay kəndində yerləşən "Trek Service Engineering" MMC şirkətinə məxsus badam bağında isə sel-subasma hadisəsi baş verib. Hər iki təsərrüfat məhsul itkisi və zərərlə üzləşib. 
"Naxo Group" MMC şirkəti əkdiyi bağ sahəsini sığorta etdirib və sığorta müddəti, təxminən bir il ərzində 96 min sığortaya pul ödəyib. Güclü şaxtalar isə bağ sahəsinə ziyan vurub və məhsulun müəyyən hissəsi zay olub. Bundan sonra isə sahibkar Aqrar Sığorta Fonduna müraciət edib və dəymiş zərərə görə 712 min 482 manat sığorta ödənişi alıb.

"Trek Service Engineering" MMC şirkətinə məxsus bağ sahəsində isə sel-subasma hadisəsi olub və badam bağına ziyan dəyib. Onlar da əvvəldən işlərini etibarlı tutub və bağı sğorta etdiriblər. Sığorta üçün isə cəmi toplam 8 min manat ödəniş ediblər. Dəymiş ziyana görə onlar da öz növbəsində Aqrar Sığorta Fonduna müraciət ediblər və 200 min 520 manat sığorta ödənişi alıblar.

Bu da öz növbəsində təsərrüfat sahiblərinə dəymiş ziyanın 90 faizə qədərini aradan qaldırmağa imkan verib.
Kənd təsərrüfatı və maldarlıq sahəsində bu kimi ziyanlı hadisələr qaçınılmaz olsa da, zərərdən sığortalanmaq mümkündür. Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Yəni təsərrüfatı sığortalatdırıb, kiçik məbləğlərdə sığorta ödənişi etməklə, böyük ziyanların qarşısını almaq mümkündür. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar