Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

R

Tarix: 01-10-2025 13:50     Baxış: 16 A- / A+
Dəyərli ziyalımız, hörmətli Namiq Dəlidağlı!

Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!

Ömür kitabınızın bu gözəl səhifəsinə çatmaq, 55 illik zəngin bir həyat yolunu geridə qoymaq böyük bir uğurdur. Siz həm yaradıcılığınız, həm ziyalılığınız, həm də insanlığı ilə həmişə örnək olmusunuz. Sözünə qüvvət gətirən, düşüncələrinə dərinlik qatan şeirləriniz oxucuların qəlbinə işıq saçır, millətimizin yaddaşında unudulmaz izlər buraxır.

“Qoşa beş” – insan ömrünün həm kamillik, həm də bərəkət çağını bildirir. Bu yaşınızda Sizin həyat təcrübəniz, zəngin yaradıcılığınız, xalqımıza xidmət yolunda göstərdiyiniz əzmkarlıq hamımız üçün dəyərli məktəbdir. Siz sözün həqiqi mənasında ziyalı adını uca tutan, Vətəninə, millətinə bağlı olan nadir şəxsiyyətlərdənsiniz.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm can sağlığı, ailə səadəti, yaradıcılıq uğurları və uzun ömür arzulayırıq. Qələm yolunuz daim işıqlı, ilhamınız isə hər zaman bol olsun!

55 illik ömür yolunuz mübarək, dəyərli ziyalımız!
Sizin yaradıcılıq ocağınız daim alovlansın, sözünüz həmişə ucalardan səslənsin!

Təbrik edirik!
Hörmətlə, Rövşən Hüseynli


Namiq Dəlidağlı – 55 illik ömür zirvəsində

Azərbaycan ədəbi mühitində, xüsusilə də Kəlbəcər ədəbi-ictimai həyatında özünəməxsus yeri olan bir ad var – Namiq Dəlidağlı. Bu ad hər bir kəlbəcərliyə doğmadır, tanışdır. Çünki bu adın altında Dəlidağın ucalığı, bu adın altında Dəlidağın əzəməti dayanır.

Namiq müəllim uzun illərdir ki, sözə və qələminə sədaqətlə xidmət edir. O, tanınmış şair və hörmətli jurnalist kimi ictimaiyyətin sevgisini qazanmış, qəlbindəki Vətən sevgisini şeirlərində yaşatmışdır. Onun yaradıcılığı Kəlbəcər insanının ruhunu, dərdini, ucalığını ifadə edən zəngin bir dünyadır.

29 sentyabr 2025-ci il tarixində dəyərli ziyalımız, “http://Dəlidağ.az/ ” saytının yaradıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hörmətli şair və jurnalist Namiq Dəlidağlı 55 illik yubileyini qeyd edir. Bu münasibətlə onu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq. Arzumuz budur ki, Namiq müəllim bundan sonra da Dəlidağ zirvəsi kimi ucalıqda olsun, qələminin işığı ilə ədəbi mühitimizə yeni töhfələr versin.

Bu əlamətdar gündə mən də qəlbimin səsini şeirə çevirərək dəyərli Namiq müəllimə hədiyyə edirəm:



Namiq Dəlidağlıya

İki beş atmısan yaşın üstünə,
Gün olsun önünə, bir də atasan.
Ömrün bundan belə elə keçsin ki,
Dəlidağ qoynunda yuxu yatasan.

Yazıb yaradasan azad Vətəndə,
Seyr edəsən gül-çiçəyi bitəndə.
Dinləyəsən, daşda kəklik ötəndə,
Gəzib yal-yamacda şehə batasan.

Şirinoğlu təbrik yazdı ürəkdən,
Ələnmişik, saf çıxmışıq ələkdən.
Bir arzum var, şair – uca fələkdən,
Kəlbəcərli günlərinə çatasan.

Vüqar Şirinoğlu
29.09.2025
Kəlbəcər – Namiq Dəlidağlının doğum gününə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar