Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Y

Tarix: 14-09-2025 20:10     Baxış: 10 A- / A+

1.Namiq Dəlidağlı təxəllüsü ünvanı olan şair (Sevinc də baxacaq) İŞLƏNİB

Namiq bəyi doğma, qohum, eyni zamanda bir dost kimi çox kiçik yaşlarından tanıyıram .
Biz bir – birə çox yaxın olan iki qonşu kənddə, eldə - obada böyümüşük. Hələ uşaqikən yazıb - yaratmağa başlayan balaca şair öz kəndinə, el - obasına, Dəlidağın misilsiz gözəlliyə malik olan zəngin təbiətinə sevgi və sayğısını misralara düzməyə başlamışdı. “Çaylar” şeirində
"Neçəki daglar var, çaylar axacaq,
Dağların gözünün yaşıdı çaylar"
yazaraq təbiətin bu iki gözəl varlığının bir-birinə necə bağlı olduğunu poetik dillə ifadə edib.
Ziyalı ailəsində dünyaya göz açan Namiq Dəlidağlının yaradıcılıq illəri çox mürəkkəb dövrə, ağrılı-acılı vaxta təsadüf etdi. Tale onu erkən yaşlarından atasızlıqla sınağa çəkdi. Təkcə bizim kəndlərimizdə deyil, Kəlbəcər elində, Zəngəzur mahalında öz təcrübəsi, savadı, mükəmməl pedaqoji fəaliyyəti ilə sayılıb -seçilən atası Talış müəllim vaxtsız dünyasını dəyişdi. Ata dərdi, ata həsrəti ilə üzülən şairi çox keçmədi ki, daha dözülməz, daha ağır ağrıya-acıya tuş gəldi, doğma yurd – yuva itkisi, ayrılıq, həsrət qapısını döydü. 30 ilə yaxın doğma kəndi,  orada atasının məzarı düşmən girovluğunda qalan şair bir misra ilə bu ağrını belə ifadə edir. "Orda yad əlində ata məzarı, burda ürəyimin başı üşüyür”. Beləcə, “ürəyi üşüyə-üşüyə” otuz ilə yaxın doğulub boya-başa çatdığı doğma yurda həsrət qaldı, əllərini öz ocağında isidə bimədi. 
Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik bu ağır bir dərd
indi də dağladı bu dərd sinəmi...
...Ata, dözəmmərəm mən bu itkiyə, 
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını, 
baş daşın əvəzi basdıracağam.
 
deyib, göynədi, bir gün atasının məzarını ziyarət etmək arzusu ilə yaşadı. İllər keçdi,  torpaqlarımız işğalda qaldığı üçün, atasının məzarını ziyarət edə bilmədiyinə görə özünü qınadı və
...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı. 
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...
yazdı...
 
Nəhayət, həsrətimizə son qoyuldu. Bütün ərazilərimiz, o cümlədən Kəlbəcər yağılardan təmizləndi. Qismət elə gətirdi ki,  yurd yerlərimiz işğaldan azad olunandan sonra Namiqlə birlikdə bir neçə yaxın dostlarımızla kəndlərimizə səfər etdik. Namiq atasının, biz isə müəllimimiz olan Talış müəllimin məzarını ziyarət etdik. Beləliklə, hamımız həm  həm də ulularımızın ruhu qarşısında xəcalətdən qurtulduq. 
Namiq Dəlidağlı ədəbi yaradıcılığa erkən yaşlarından, doğulduğu kənddə, rayonda başladı, ilk kövrək addımlarını Kəlbəcərdə atdı. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndəsi olan Namiq Dəlidağlının yaradıcılığı indi daha geniş coğrafiyanı əhatə edir. Dəlidağın yaradıcılığı büllur bulaqların suyu ilə birgə süzüldü və böyük çaylara qovuşdu. Tutqu çayı ilə Xan Tərtərə, Xan Tərtərdən Dəli Kürə, Dəli Kürdən Xan Araza və nəhayət, Göy Xəzərə çatdı. Xəzərin dalğaları isə şairin poetikasını dünyaya, Türk dünyasına səpələdi. Şairin əsərləri qardaş Türkiyədə, Özbəkistanda, Qırğızıstanda və digər türk respublikalarında, eyni zamanda ABŞ-də, avropa ölkələrində çap olunmağa başladı. Ədəbi və mətbuat sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı Prezident təqaüdünə, “Qızıl qələm”, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm" medalına layiq görülüb. 
 Tanınmış jurnalist, bir çox kitabın müəllifi, dəyərli dostum şair Namiq bəy Dəlidaglı haqqındakı xoş təəssüratlarım sonsuzdur. Ancaq dostumun bu gün çapa hazır olan kitabına ürək sözlərimin kiçik bir hissəsini qürur hissilə yazıb, Namiq bəy Dəlidağlıya yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar diləməyi özümə borc bildim. Dərin hörmətlə:
 Yelmar Mustafa,
filoloq
 
 
 
 
******************************************************************
Namiq Dəlidaglı..Təxəllüsü ünvanı olan Şair. (ƏVVƏLKİ)
 
Bir dogma kimi, bir qohum, eyni zamanda bir dost kimi çox kiçik yaşlarından tanıyıram Namiq bəy Dəlidaglını.
Bir kəntdə,bir eldə-obada böyümüşük biz. Hələ uşaqikən yazıb yaratmağa başlayan balaca şair öz kəndinə, elinə-obasına,Dəlidagın misilsiz gözəlliyə malik olan zəngin təbiətinə sevgi və saygısını  misralara düzməyə başlamışdı..
"Neçəki daglar var,çaylar axacaq.
Dağların gözünün yaşıdı çaylar"
Ziyalı ailəsində dünyaya göz açan Namiq bəy Dəlidaglının yaradıcılıq həyatı çox ağrılı-acılı illərə təsadüf etdi.Təkcə bizim kəndimizdə deyil,Kəlbəcər elində,Zəngəzur mahalında öz təcrübəsi, savadı,mükəmməl pedoqoji fəaliyyəti ilə sayılıb-seçilən atası Talış müəllimi erkən yaşlarında itirdi.Ata dərdi,ata həsrəti ilə üzülən şairi çox keçmədi ki, daha dözülməz,daha ağrılı-acılı bir dərd yaxaladı. Vətən dərdi,vətən ayrılıgı,vətən həsrəti.30 il dogma kəndi işgal altında qalan Şair işgal altındakı kəndində qalan ata məzarını bir misra ilə görün necə tərənnüm edir. "Orda ata məzarı,burda ürəyimin başı üşüyür."Dəlidaglı yaradıcılığı Kəlbəcər ədəbi mühitinə sıgmadı. Dəlidagın büllur bulaqlarının suyu ilə birgə süzüldü və çaylara qovuşdu.Tutqu çayı ilə Xan Tərtərə,Xan Tərtərdən Dəli Kürə,Dəli Kürdən Xan Araza və nəhayət göy Xəzərə çatdı. Xəzərin dalğaları isə Şairin poetikasını dünyaya,Türk dünyasına səpələdi.Şairin əsərləri qardaşTürkiyədə,Özbəkistanda, Qırğızıstanda və digər qardaş türk respublikalarında, eyni zamanda bir neçə xarici ölkələrdə çap olunmaga başladı. Prezident təqaüdçüsü, qızıl qələm mükafatı laureatı, tanınmış jurnalist,bir çox kitabın müəllifi...(titulları tam yazmamışam əlavə edin)dəyərli dostum şair Namiq bəy Dəlidaglı haqqındakı təəssüratlarım sonsuzdur..Ancaq,dostumun bu gün çapa hazır olan kitabına ürək sözlərimin kiçik bir hissəsini qürur hissilə yazıb,Namiq bəy Dəlidaglıya yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar dinləməyi özümə borc bildim. Dərin hörmətlə:Dostun Yelmar Mustafa.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar