Xəbər lenti
V
1. Vidadi (hazır mətn) (Sevinc baxıb)
və şairin salamını dediyi ünvanlara çatdırdım.
-----------------------------------------xxxxxxxxxxx-------------------------------------
Vidadi (tam yığılıb)
Əzizim, yaxın qohumum, ürək sirdaşım, uşaqlıq dostum,elimizin-obamızın, təkcAzərbaycanımızın deyil, bütün türk dünyasının dəyərli oğlu, dəyərli şairi Namiq Dəlidağlı haqqında söz danışmaq mənim üçün nə qədər asan olsa da bir o qədər çətindi. Namiq müəllim Kəlbəcər rayonunun Çovdar kəndində, Dəlidağın ətəyində yerləşən, Dəlidağın mehi telinə sığal çəkən bir diyarda, bir gözəl ziyalı ailədə dünyaya gəlibdir. Namiq müəllim haqqında nə qədər xoş sözlər desəm də, danışsam da inanın ki, azdı ki, azdı. Çünki Namiq müəllim elə bir ailədə, elə bir ziyalı ailəsində dünyaya göz açıb ki, elə Namiq müəllim belə də olmalıydı. Allah Namiq müəllimin atası Talış müəllimə, anası Əskinas xalaya rəhmət eləsin. Talış müəllim kəndimizin, tək kəndimizin deyil, bütöv Kəlbəcərimizin ziyalısıydı. Mən hər zaman eşitmişəm, hər zaman bütün ziyalılardan, kənd adamlarından hər zaman Talış müəllim haqqında geniş fikir söyləyiblər, xoş sözlər deyiblər. Düzdür, mənim uşaqlıq illərimə düşür həmin illər, amma Talış müəllim haqqında bildiklərim çoxdu. Talış müəllim bayaq qeyd elədim, tək Çovdar-Şahkərəm kəndlərində deyil, Kəlbəcər rayonunun o kəndi, o yeri olmayıb ki, orda dərs deməsin, öz bildiklərini öz şagirdlərinə aşılamasın. Bir şeyi də sizin nəzərinizə çatdırım ki, Talış müəllim verdiyi qiymət ali məktəbdə tələbələr tərəfindən aldığı qiymətə bərabər bir qiymət idi. Bir il mənim atama dərs keçib Talış müəllim.Mənim atamın xətti, yazdığı yazı 11-ci sinfi, hətta deyərdim ki, institutu qurtaran insanlarda o xətt yoxdur. Namiq müəllim də, bax, o kişinin övladıdır. Əskinas xalanın özü,- Allah rəhmət eləsin, Ruhları şad olsun! – çox duyğusal bir anamız idi, duyğusal bir qadın idi. Öz sözü ilə, belə deyim, bayatıları ilə hər zaman mənim qulağımda səsi qalıbdır.Və Namiq müəllim də bu ocaqdan bəhrələndi, bu ocaqda ruhlandı və bu günləri şükür allaha öz sözünü respublikamızda,Türk dünyasında –Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, digər dövlətlərdə sevilən bir şairimizdi, bir eloğlumuzdu.Mənim də həm uşaqlıq dostum, həm də ki, sirdaşımdı. Sirdaş deyəndə nəyi nəzərdə tuturam mən. Hər bir insanın ürəyindən gələn ürək sözləri var, onu ümid elədiyi, dediyi bir insan var, güvəndiyi bir insan var. Bax, Namiq müəllim həmin insanlardandır ki, həqiqətən də ürək sirdaşıdı, dostdu, cani-könüldən nə desəm onu qəbul edib bir sənin dərdinə şərik, sevincinə şərik olan bir eloğlumuzdu, bir şairimizdi. Bəli, Namiq müəllimlə biz Çovdar kəndində həm yaxın qohum olmuşuq, həm uşaqlıq dostu olmuşuq. Bizim uşaqlığımız bir yerdə keçibdir. Ta, belə deyim, o əlimizə qələm tutub məktəbə getdiyimiz vaxtlardan, sonra biz orta məktəbi bitirdik. Namiq müəllim hərbi xidmətə yola düşdü və bizim əlaqələrimiz daimi oldu. Çünki, bayaq qeyd elədim, həm uşaqlıq dostuyuq, həm uşaqlıq illərimiz bir yerdə keçib, həm də qan qohumuyuq. Özü də bir neçə tərəfdən. Bəli, Namiq müəllim elə uşaqlıq illərindən şeiriyyətə, saza-sözə meyli olan bir insan idi. Hər zaman mənim yadımdadı ki, Kəlbəcərdə “Yenilik” qəzeti çap olunurdu. Namiq müəllimin şeirləri o qəzetdə dərc olunurdu.Məqalələri o qəzetdə dərc olunurdu. Biz də sevə-sevə baxardıq, oxuyardıq, fərəhlənərdik Qürur hissi duyardıq ki, bəli, bizim həmyaşıdımız, bizim tay-tuşumuz 9-10 -11 yaşında olarkən, bir uşağın şeirləri Kəlbəcər “Yenilik” qəzetində çap olunur. Və o qəzetin də oxucuları varıydı ki, Namiq müəllimi tanıyırdılar. Namiq müəllim elə o vaxtdan da, düz Dəlidağın ətəyində yerləşdiyindən Namiq müəllim də elə həmin dağı Dəlidağı özünə təxəllüs seçmişdi. Bu gün də davam edir, bəli. Namiq müəllimlə bəli biz,1993-cü ilin aprel ayının 1-də Kəlbəcər rayonunun Çovdar kəndini ən axır tərk edənlərdən biz olmuşuq. Ürək ağrısıyla biz o kəndi, demək, aprel ayının 1-i günorta saatlarında sonuncu dəfə Çovdar kəndi ilə vidalaşıb, Çovdar kəndinə “salamat qal” deyib, əl edib o kəndi tərk edən elə biz olmuşuq. Bəli, gəldik, məcburi köçkünlük həyatı baş verdi. Biz hərəmiz bir tərəfdə, respublikanın müəyyən yerlərində, mən Rusiyada həyatımız belə deyim davam etdi, biz yaşadıq. Kəlbəcərli günləri, Kəlbəcərsiz günləri biz hər zaman birlikdə yad edirdik xatırlayırdıq. Namiq müəllimlə hər zaman əlaqədə olurduq, telefon əlaqələrimiz olurdu. Düzdür çox ağrılı-acılı günlərimiz də oldu. Həm vətən itkisi, həm valideyn itkisi Namiq müəllimi də bu həyat belə deyim, rahat buraxmadı.Amma Namiq müəllim bu çətinliklərə rəğmən hər zaman olduğu kimi yenə də yazdı, yaratdı mütaliə etdi. Bayaq qeyd etdiyim kimi, Namiq müəllim öz bacarığı ilə, öz təhsili ilə, öz davranışı ilə bütün insanların rəğbətini qazandı.Harada yaşadısa, harada oldusa insanlar arasında özünə yer tapmağı, oturuşuna-duruşuna fikir verməyi, ədəb-ərkanını, səmimiyyətini heç zaman belə deyim, əldən vermədi.Çünki, belə də olomalıydı.Mən ilk öncə qeyd etdim hansı ailədə necə bir ailədə dünyaya göz açmışdı, böyümüşdü. Belə də olmalıydı. Bəli, Namiq müəllim demək, Sumqayıt şəhərində yaşadı, orada işlədi. Müxtəlif vəzifələrdə çalışdı. Namiq müəllim düzdü müxtəlif yerlərdə yaşasa da, gözəl, xoş günləri olsa da heç zaman heç vaxt doğma doğulduğu, böyüdüyü Kəlbəcəri, Kəlbəcər rayonunun Çovdar kəndini unutmadı. Hər biz görüşəndə, danışanda ürək ağrısı ilə Kəlbəcəri, Çovdarı xatırlayır, uşaqlıq illərimizdən danışır. Bizim yaylağımız varıydı, Hüt yaylağı. O yaylağa çıxdığımızı, Novlu bulağı, Göy bulaqdan su içdiyimizi qoyun-quzu növbəsində olduğumuz günləri xatırlayaraq hər zaman gözləri dolurdu. Bəli, gözəl uşaqlıq illərimiz oldu. Gözəl analı-atalı günlərimiz oldu. Düzdü, Namiq müəllim çox erkən atasını, rəhmətlik Talış müəllimi itirdi. Sonra Sumqayıtda yaşadığı dövrlərdə anası Əskinaz xala dünyasını dəyişdi. Və Namiq müəllim orda ana səni Kəlbəcər aparammadım şeirini yazdı. Namiq müəllimin o qədər şeirləri, o qədər belə deyim, yurd - yuvaya,el-obayla bağlı şeirləri var ki, vallah elə bir-bir dedikcə, insan kövrəlir, insanın könlü, belə deyim ərşə çəkilir.
Ha alışam, yanam gəlməz
Ta bu gölə sonam gəlməz
Atam gəlməz, anam gəlməz
Daha xarabadı bu ev.
Köz qaralıb ocağında
Sükut var hər bucağında
Qonaq etməz qucağında
Nə dostu, nə yadı bu ev.
Göynəsə də bağrım başı
Heç duymadı nadan, naşı
Xatirədi hər bir daşı
Damağımın dadı bu ev
Var ağrısı, var sitəmi
Bir vüsaldan qalıb kəmi
Dəryalarda batan gəmi
Dörd bir yanı sudu bu ev
Namiq, qucağına sığın
Ağrısı var yığın-yığın
Otuz illik ayrılığın
Qəm ünvanı adı bu ev.
Bəli, Namiq müəllimin şeirləri, Kəlbəcərlə bağkı, el-obayla, yurd-yuvayla, ümumən bütöv Azərbaycanla bağlı şeirləri, yazıları həddən ziyadə çoxdur. Və Namiq müəllimlə bizim hər zaman Kəlbəcəri sonuncu dəfə tərk etdiyimizi xatırlayıb danışanda gözlərimiz dolurdu, o günləri ürəj ağrısı ilə anırdıq. Qismət elə gətirdi ki, demək 27 sentyabr 2020-ci ildə buzim ordumuz əks hücuma keçərək torpaqları işğaldan azad edir. Fizuli, Zəngilan, Qubadlı zonasını demək alınarkən cənab prezidentimiz ali baş komandan hər gün xalqa belə deyim müjdə verirfi ki, filan kəndlər, filan rayonlar alındı. Və Namiq müəllimlə biz telefon əlaqəsi yaradıb Kəlbəcərin tezliklə alınacağını səbirsizliklə gözləyirdik. Bəli, şükürlər olsun Allaha. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə, cənab prezidentimizə can sağlığı versin. Alkah xalqımızı, ordumuzu qorusun ki, Kəlbəcərimiz də 2020-ci il demək, oktyab ayının 25-də işğaldan azad olundu. Və Namiq müəllimlə biz Kəlbəcərə getmək arzusunda olduq. Allah elə qismət elədi ki, 2021-ci ilin avqust ayında Namiq müəllimlə biz Kəlbəcərə getdik.Kəlbəcərdə demək, çox çətinliklə olsa da, yol-oz bağlı, çox əzab-əziyyətlə olsa dabiz öz doğma kəndimizi ziyarət edə bildik. Bəli, bu da Allahın bir qisməti, bir yazısı idi ki, sonuncu dəfə Çovdar- Şahkərəmi tərk et və demək, Kəlbəcər alınanda ilk dəfə də hər ikimiz o kəndə getdik. Bu da Allahın bizə bir qisməti idi. Bəlkə də uca yaradan buzim nə qədər o yerlərə bağlı olduğumuzu görürdü, bilirdi və ona görə də bu qisməti, bu anı bizə yetirdi. Bəli, Namiq müəllimlə biz Kəlbəcərə getdik, Kəlbəcəri ziyarət etdik. Kəlbəcərdə olduq. Öz dağılmış, viran olmuş evimizi, bağziyarət edərkən evlərimizin daşl-daş üstündə qalmadığını gördükdə biz göz yaşlarımızı saxlaya bilmədik. Namiq müəllim bax elə oradaca bir şeir yazdı ki:
Əzizim, yaxın qohumum, ürək sirdaşım, uşaqlıq dostum, elimizin - obamızın, təkcə Azərbaycanımızın deyil, bütün türk dünyasının dəyərli oğlu, dəyərli şairi Namiq Dəlidağlı haqqında söz danışmaq mənim üçün asan olduğu qədər də çətindir. Namiq müəllim Kəlbəcər rayonunun Çovdar kəndində, Dəlidağın ətəyində yerləşən, Dəlidağın mehi telinə sığal çəkən bir yurdda, bir gözəl ziyalı ailədə dünyaya gəlib. Onun haqqında nə qədər xoş sözlər desəm, danışsam azdır. Çünki Namiq müəllim elə bir ocaqda, elə bir ziyalı ailəsində dünyaya göz açıb ki, o məhz belə olmalıydı. Allah Namiq müəllimin atası Talış müəllimə, anası Əskinaz xalaya rəhmət eləsin. Talış müəllim tək kəndimizin deyil, bütöv Kəlbəcərimizin ziyalısıydı. Ziyalılar, kənd adamları hər zaman Talış müəllim haqqında geniş fikir söyləyiblər. Həmişə onun barəsində xoş sözlər eşitmişəm. Düzdür, mənim uşaqlıq illərimə düşür həmin illər, amma Talış müəllim haqqında bildiklərim çoxdur. Qeyd etdiyim kimi, Talış müəllim tək Çovdar və Şahkərəm kəndlərində deyil, ümumi Kəlbəcər rayonu ərazisində kənd-kənd, oba-oba dərs keçib, biliklərini şagirdlərinə aşılayıb. Onu da deyim ki, Talış müəllim verdiyi qiymət ali məktəbdə tələbələrin aldığı qiymətə uyğun idi. Mənim atama da bir il dərs keçib Talış müəllim. Atamın xətti, yazdığı yazı orta, hətta bir çox ali məktəb məzunlarının xəttindən yaxşıdı və deyərdim ki üstündür. Namiq müəllim, bax, o kişinin övladıdır, ilk təhsilini də atasından alıb. Əskinaz xala özü də çox duyğusal bir qadın, sinəsi söz boğçalı bir anamız idi. Öz sözü, bayatıları ilə yaddaşımda qalıb, səsi qulağımdadı. Allah rəhmət eləsin, ruhları şad olsun! Namiq müəllim də bu ocaqdan bəhrələndi, bu ocaqda ruhlandı. Bu gün şükür allaha, öz sözünü demiş bir şairimiz, ziyalımızdı. Respublikamızda, Türk dünyasında –Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, digər dövlətlərdə oxunur, sevilir.
Hər bir insanın ürəyində mübhəm sözləri və onu etibar etdiyi, dediyi, güvəndiyi bir insan olur. Namiq müəllim də həmin insanlardandır. Həqiqətən də ürək sirdaşıdı, dostdu, nə desəm onu cani-könüldən qəbul edib, dərdimə, sevincimə şərik olan bir eloğlumdu. Bəli, Namiq müəllimlə biz həm yaxın qohum, həm uşaqlıq dostuyuq. Çovdar kəndində uşaqlığımız bir yerdə keçib, ta əlimizdə qələm tutub məktəbə getdiyimiz vaxtlardan. Sonra biz orta məktəbi bitirdik. Namiq müəllim hərbi xidmətə yola düşdü. Bizim əlaqələrimiz daim davam etdi. Çünki, qeyd etdiyim kimi, biz uşaqlıq dostu, həm də bir neçə tərəfdən qohumuq, üstəlik, qan qohumu.
Namiq müəllim elə uşaqlıq illərindən şeiriyyətə, saza-sözə meyli olan bir insandı. Yadımdadır ki, Kəlbəcərdə “Yenilik” qəzeti çap olunurdu. Namiqin hələ orta məktəb illərindən şeirləri, məqalələri o qəzetdə dərc edilirdi. Biz də sevə-sevə baxır, oxuyur, fərəhlənirdik. Qürur hissi duyurduq ki, bizim həmyaşıdımız, tay-tuşumuz, 12, 13, 14 yaşlı bir uşağın şeirləri qəzetdə çap olunur. Oxucuları yavaş-yavaş onu tanıyırdı. Kəndimiz Dəlidağın ətəyində yerləşdiyindən Namiq müəllim elə o vaxtdan Dəlidağlı təxəllüsünü seçmişdi. Bu gün də o təxəllüslə yazıb- yaradır.
1993-cü ilin aprel ayının 1-də günorta saatlarında doğma yurda “salamat qal” deyib, məcburi şəkildə Kəlbəcər rayonunun Çovdar kəndini ən son tərk edən Namiq müəllimlə mən olmuşam. 30 ilə yaxın bu ağrı - acı ürəyimizdə qövr elədi. Bundan sonra çətin günlər, məcburi köçkün həyatı başladı. Biz respublikanın müəyyən yerlərində, hərəmiz bir tərəfdə məskunlaşdıq. Sonra mən Rusiyaya üz tutdum. Həyatımız belə davam etdi, belə yaşadıq. Kəlbəcərsiz günlərdə Kəlbəcərli günləri hər zaman birlikdə yad etdik, xatırladıq. Namiq müəllimlə əlaqələrimiz müəyyən vaxtlarda kəsilsə də, sonradan daimi telefon əlaqəsi yaratdıq. Çox ağrılı-acılı günlərimiz oldu. Həm yurd, həm də doğmalarımızın itkisi həyatınmıza ağır zərbə vurdu. Amma bu çətinliklərə rəğmən, Namiq müəllim hər zaman yazdı, yaratdı, mütaliə etdi. Namiq müəllim öz bacarığı, savadı, davranışı ilə insanların rəğbətini qazana bildi. Harada yaşadısa, harada işlədisə insanlar arasında özünə yer tapmağı bacardı. Ədəb - ərkanı, əxlaqı, tərbiyəsi, səmimiyyəti ilə sevildi. Əslində, belə olması gözlənilən idi. Yazımın əvvəlində onun necə bir ailədə dünyaya göz açdığını, böyüdüyünü qeyd etmişdim. O səbəbdən başqa cür olması mümkün deyildi.
Namiq müəllim Sumqayıt şəhərində yaşadı, orada işlədi, müxtəlif vəzifələrdə çalışdı. Harada yaşasa da, gözəl, xoş günləri olsa da heç zaman doğulduğu, böyüdüyü Kəlbəcəri, Çovdar kəndini unutmadı. Hər dəfə görüşəndə, danışanda ürək ağrısı ilə Kəlbəcəri, kəndimizi xatırlayır, uşaqlıq illərimizdən danışırdı. Bizim yaylağımız varıydı, Hüt yaylağı. O yaylağa çıxdığımızı, "Novlu bulaq" dan, "Göy bulaq"dan su içdiyimizi, qoyun-quzu növbəsində olduğumuz günləri yada salır, gözləri dolurdu. Analı - atalı gözəl uşaqlıq illərimiz, günlərimiz varıydı. Doğrudur, Namiq müəllim atasını, rəhmətlik Talış müəllimi çox erkən itirdi. Sonra Sumqayıtda yaşadığı dövrlərdə anası Əskinaz xala dünyasını dəyişdi. Namiq müəllim yurd həsrəti çəkdiyimiz o illərdə, Kəlbəcəri arzulayan, könlü qübarlı anasına üzünü tutub "Səni Kəlbəcərə aparamıram" adlı etiraf şeirini yazdı. Namiq Dəlidağlının o qədər belə, yurd-yuvaya, el-obayla bağlı şeirləri var ki, oxuduqca, dinlədikcə insan kövrəlir, insanın ruhu ağlayır:
Ha alışam, yanam gəlməz,
ta bu gölə sonam gəlməz.
Atam gəlməz, anam gəlməz
daha xarabadı bu ev.
Köz qaralıb ocağında,
sükut var hər bucağında.
Qonaq etməz qucağında
nə dostu, nə yadı bu ev.
Göynəsə də bağrım başı,
heç duymadı nadan, naşı.
Xatirədi hər bir daşı,
damağımın dadı bu ev.
Var ağrısı, var sitəmi,
bir vüsaldan qalıb kəmi.
Dəryalarda batan gəmi,
dörd bir yanı sudu bu ev.
Namiq, qucağına sığın,
ağrısı var yığın-yığın.
Otuz illik ayrılığın
qəm ünvanı, adı bu ev.
Bəli, Namiq müəllimin Kəlbəcərlə, el-obayla, yurd-yuvayla, ümumiyyətlə, bütöv Azərbaycanla bağlı şeirləri, yazıları çoxdur. Həmişə Kəlbəcərdəki sonuncu günümüzü xatırlayanda gözlərimiz dolurdu, o anları qüssə içində anırdıq. İllər keçdi, 27 sentyabr 2020-ci ildə ordumuz əks hücuma keçərək torpaqlarımızl işğaldan azad etdi. Füzuli, Zəngilan, Qubadlı rayonları, kəndlər geri alındlqca cənab Prezidentimiz, Ali Baş Komandan xalqa müjdə verirdi ki, filan kəndlər, filan rayonlar alındı. O günlərdə Namiq müəllimlə biz telefon əlaqəsi yaradıb tezliklə Kəlbəcərin də azad olunacağına ümid etdiyimiz, səbirsizliklə o günü gözlədiyimiz haqqında danışdıq. Şükürlər olsun, o gün də gəldi. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərimiz işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, cənab prezidentimizə can sağlığı versin. Allah xalqımızı, ordumuzu qorusun! 2021-ci ilin avqust ayında Namiq müəllimlə arzumuzu gerçəkləşdirdik, Kəlbəcərə getdik. Yol-iz bağlı olsa da, çox əzab-əziyyətlə, çətinliklərə baxmayaraq doğma kəndimizi ziyarət edə bildik. Allahın bir qisməti, bir yazısı idi ki, Çovdar və Şahkərəm kəndlərini sonuncu ikimiz tərk etdik və Kəlbəcərin azadlığından sonra yenə ikimiz ilk dəfə o yerləri bərabər ziyarət etdik. Yəqin ki, uca yaradan bizim o yerlərə nə qədər bağlı olduğumuzu görürdü, bilirdi və ona görə də bu anı, bu xoşbəxtliyi bizə yaşatdı. Kəlbəcərdə viran olmuş, daşı-daş üstündə qalmayan evlərimizi, dağılmış bağ-bostanımızı görəndə göz yaşlarımızı saxlaya bilmədik. Bu ziyarətdən sonra Namiq müəllim "Evimdə yata bilmədim" kimi hamımızın ağrısını, itkisini ifadə edən bir şeir yazdı:
Şər qarışdl, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,
evimdə yata bilmədim.
İllərdi ki, həsrət çəkən,
dam-daşına qübar çökən,
Atam tikən, düşmən sökən
evimdə yata bilmədim.
Talehdi - bir sınaq kimi,
qınaq yox, bu qınaq kimi.
Bircə gecə qonaq kimi
evimdə yata bilmədim.
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi.
Elə sərin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdə min ah dərən,
yuxularım pərən-pərən.
Xatirələrim bar verən
evimdə yata bilmədim
Arzuma çatıb dincəldim,
başımı qatıb dincəldim,
çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim.
Bəli, Namiq müəllimin bu şeiri gördüyümüz mənzərənin, həmin an yaşadıqlarımızın anında sözlə şəkillənməsidir.
Səmimiyyətlə deyim ki, Namiq müəllim haqqında fikirlərim, düşündüklərim zamana sığmaz, günlərlə, aylarla danışsam yenə az olar. O dosta sədaqətli, qohuma ürək yandıran bir insandı. Ziyalıdı, el təəsübkeşidi.
2023-cü ildə Çovdar kəndində kiçik tərkibdə biz Namiq müəllimin kitabının təqdimatını keçirtdik, şair uçub-dağılmış evinin qalıqları üzərində rəmzi olaraq öz kitabxanasını yaratdı. Çox təsirli idi. Kövrək hisslərlə xatırlayıram o günü. Elə o kitabxananın ilk oxucusu da mən oldum orda.
2022-ci ilin may ayında Kəlbəcərdən şairə zəng vurdum, doğma yurddan salam dedim. Çox kövrəldiyini hiss etdim və üstündən 5-10 dəqiqə keçəndən sonra salamıma aşağıdakı şeirlə cavab verdi, məni də duyğulandırdı. Salamını dağa, yaylağa, gülə, çiçəyə, arıya, böcəyə, hər şeyə çatdırımağımı dedi...
Qardaş, bu zəngindən elə kövrəldim,
gətirə bilmirəm dilə, salam de...
Bir gün Kəlbəcərdən zəng də gələrmiş...
qalxarmış səsimiz zilə, salam de...
Xallı kəpənəyə naz satan şehə,
arının ayağın isladan şehə,
güllərin saçını oxşayan mehə,
küləyə salam de, yelə, salam de.
Gəlib dolanacam uca dağları,
qol-boyun yaşayan haça dağları,
bağrıma basacam qoca dağları
yolumuz bağlıdı hələ, salam de.
Çovdar-Şahkərəmdən salsan yolunu,
dad cökənin dərdə dərman balını.
O çölün, çəmənin soruş halını
çiçəyə salam de, gülə salam de.

Namiq müəllimə ilk növbədə sağlamlıq arzu edirəm. Həmişə olduğu kimi ürəyin, canın sağ olsun, əziz qardaşım deyirəm. Namiq müəllimin iki övladı var. Tanrı o gözəl, gül balalarını qorusun, xoşbəxt olsunlar.
Necə ki, şairlər yurdu Kəlbəcərin Əli Qurbanovu öz dəvətnamələrini şeirlə yazıb, arzu edirəm ki, Namiq də övladlarının toy dəvətnamələrini şeirlə yazıb dostları xoş gününə dəvət eləsin. Övladlarının uğurları, sevincli günləri ilə öyünsün, ürəyi hər zaman fərəhlə döyünsün. Əslində, yazdıqlarım Namiq müəllim haqqında fikirlərimin çoxaz bir hissəsini əhatə edir. Bilirəm ki, çapa hazırladığı növbəti kitabında ziyalılarımızın, dostlarının onun yaradıcılığı, şəxsi barədə yazdığı mətnlər yer alacaq. Çox vaxt və yer almadan sözlərimi hələlik burada yekunlaşdırıram. Bu gün də ilk oxucusu, uşaqlıq dostu və yaxın qohumu olaraq, əzizim, sirdaşım Namiq müəllimə yaradıcılığında, həyatında yeni-yeni uğurlar arzu edirəm. Ulu yaradan dəyərli dostuma neçə-neçə yubileylər keçirməyi nəsib etsin. Böyük yubileylərdə saz sədaları altında Namiqin sözünün, şeirinin sehrində bərabər sevinsin könüllərimiz, dinclik tapsın ruhumuz. Həmişə var olsun, əziz qardaşım, dağ vüqarlı Namiq Dəlidağlı!
Vidadi Murtuzayev
hüquqşünas-----------------------------------------xxxxxxxxxxx-------------------------------------
Vidadi (tam yığılıb)
Əzizim, yaxın qohumum, ürək sirdaşım, uşaqlıq dostum,elimizin-obamızın, təkcAzərbaycanımızın deyil, bütün türk dünyasının dəyərli oğlu, dəyərli şairi Namiq Dəlidağlı haqqında söz danışmaq mənim üçün nə qədər asan olsa da bir o qədər çətindi. Namiq müəllim Kəlbəcər rayonunun Çovdar kəndində, Dəlidağın ətəyində yerləşən, Dəlidağın mehi telinə sığal çəkən bir diyarda, bir gözəl ziyalı ailədə dünyaya gəlibdir. Namiq müəllim haqqında nə qədər xoş sözlər desəm də, danışsam da inanın ki, azdı ki, azdı. Çünki Namiq müəllim elə bir ailədə, elə bir ziyalı ailəsində dünyaya göz açıb ki, elə Namiq müəllim belə də olmalıydı. Allah Namiq müəllimin atası Talış müəllimə, anası Əskinas xalaya rəhmət eləsin. Talış müəllim kəndimizin, tək kəndimizin deyil, bütöv Kəlbəcərimizin ziyalısıydı. Mən hər zaman eşitmişəm, hər zaman bütün ziyalılardan, kənd adamlarından hər zaman Talış müəllim haqqında geniş fikir söyləyiblər, xoş sözlər deyiblər. Düzdür, mənim uşaqlıq illərimə düşür həmin illər, amma Talış müəllim haqqında bildiklərim çoxdu. Talış müəllim bayaq qeyd elədim, tək Çovdar-Şahkərəm kəndlərində deyil, Kəlbəcər rayonunun o kəndi, o yeri olmayıb ki, orda dərs deməsin, öz bildiklərini öz şagirdlərinə aşılamasın. Bir şeyi də sizin nəzərinizə çatdırım ki, Talış müəllim verdiyi qiymət ali məktəbdə tələbələr tərəfindən aldığı qiymətə bərabər bir qiymət idi. Bir il mənim atama dərs keçib Talış müəllim.Mənim atamın xətti, yazdığı yazı 11-ci sinfi, hətta deyərdim ki, institutu qurtaran insanlarda o xətt yoxdur. Namiq müəllim də, bax, o kişinin övladıdır. Əskinas xalanın özü,- Allah rəhmət eləsin, Ruhları şad olsun! – çox duyğusal bir anamız idi, duyğusal bir qadın idi. Öz sözü ilə, belə deyim, bayatıları ilə hər zaman mənim qulağımda səsi qalıbdır.Və Namiq müəllim də bu ocaqdan bəhrələndi, bu ocaqda ruhlandı və bu günləri şükür allaha öz sözünü respublikamızda,Türk dünyasında –Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, digər dövlətlərdə sevilən bir şairimizdi, bir eloğlumuzdu.Mənim də həm uşaqlıq dostum, həm də ki, sirdaşımdı. Sirdaş deyəndə nəyi nəzərdə tuturam mən. Hər bir insanın ürəyindən gələn ürək sözləri var, onu ümid elədiyi, dediyi bir insan var, güvəndiyi bir insan var. Bax, Namiq müəllim həmin insanlardandır ki, həqiqətən də ürək sirdaşıdı, dostdu, cani-könüldən nə desəm onu qəbul edib bir sənin dərdinə şərik, sevincinə şərik olan bir eloğlumuzdu, bir şairimizdi. Bəli, Namiq müəllimlə biz Çovdar kəndində həm yaxın qohum olmuşuq, həm uşaqlıq dostu olmuşuq. Bizim uşaqlığımız bir yerdə keçibdir. Ta, belə deyim, o əlimizə qələm tutub məktəbə getdiyimiz vaxtlardan, sonra biz orta məktəbi bitirdik. Namiq müəllim hərbi xidmətə yola düşdü və bizim əlaqələrimiz daimi oldu. Çünki, bayaq qeyd elədim, həm uşaqlıq dostuyuq, həm uşaqlıq illərimiz bir yerdə keçib, həm də qan qohumuyuq. Özü də bir neçə tərəfdən. Bəli, Namiq müəllim elə uşaqlıq illərindən şeiriyyətə, saza-sözə meyli olan bir insan idi. Hər zaman mənim yadımdadı ki, Kəlbəcərdə “Yenilik” qəzeti çap olunurdu. Namiq müəllimin şeirləri o qəzetdə dərc olunurdu.Məqalələri o qəzetdə dərc olunurdu. Biz də sevə-sevə baxardıq, oxuyardıq, fərəhlənərdik Qürur hissi duyardıq ki, bəli, bizim həmyaşıdımız, bizim tay-tuşumuz 9-10 -11 yaşında olarkən, bir uşağın şeirləri Kəlbəcər “Yenilik” qəzetində çap olunur. Və o qəzetin də oxucuları varıydı ki, Namiq müəllimi tanıyırdılar. Namiq müəllim elə o vaxtdan da, düz Dəlidağın ətəyində yerləşdiyindən Namiq müəllim də elə həmin dağı Dəlidağı özünə təxəllüs seçmişdi. Bu gün də davam edir, bəli. Namiq müəllimlə bəli biz,1993-cü ilin aprel ayının 1-də Kəlbəcər rayonunun Çovdar kəndini ən axır tərk edənlərdən biz olmuşuq. Ürək ağrısıyla biz o kəndi, demək, aprel ayının 1-i günorta saatlarında sonuncu dəfə Çovdar kəndi ilə vidalaşıb, Çovdar kəndinə “salamat qal” deyib, əl edib o kəndi tərk edən elə biz olmuşuq. Bəli, gəldik, məcburi köçkünlük həyatı baş verdi. Biz hərəmiz bir tərəfdə, respublikanın müəyyən yerlərində, mən Rusiyada həyatımız belə deyim davam etdi, biz yaşadıq. Kəlbəcərli günləri, Kəlbəcərsiz günləri biz hər zaman birlikdə yad edirdik xatırlayırdıq. Namiq müəllimlə hər zaman əlaqədə olurduq, telefon əlaqələrimiz olurdu. Düzdür çox ağrılı-acılı günlərimiz də oldu. Həm vətən itkisi, həm valideyn itkisi Namiq müəllimi də bu həyat belə deyim, rahat buraxmadı.Amma Namiq müəllim bu çətinliklərə rəğmən hər zaman olduğu kimi yenə də yazdı, yaratdı mütaliə etdi. Bayaq qeyd etdiyim kimi, Namiq müəllim öz bacarığı ilə, öz təhsili ilə, öz davranışı ilə bütün insanların rəğbətini qazandı.Harada yaşadısa, harada oldusa insanlar arasında özünə yer tapmağı, oturuşuna-duruşuna fikir verməyi, ədəb-ərkanını, səmimiyyətini heç zaman belə deyim, əldən vermədi.Çünki, belə də olomalıydı.Mən ilk öncə qeyd etdim hansı ailədə necə bir ailədə dünyaya göz açmışdı, böyümüşdü. Belə də olmalıydı. Bəli, Namiq müəllim demək, Sumqayıt şəhərində yaşadı, orada işlədi. Müxtəlif vəzifələrdə çalışdı. Namiq müəllim düzdü müxtəlif yerlərdə yaşasa da, gözəl, xoş günləri olsa da heç zaman heç vaxt doğma doğulduğu, böyüdüyü Kəlbəcəri, Kəlbəcər rayonunun Çovdar kəndini unutmadı. Hər biz görüşəndə, danışanda ürək ağrısı ilə Kəlbəcəri, Çovdarı xatırlayır, uşaqlıq illərimizdən danışır. Bizim yaylağımız varıydı, Hüt yaylağı. O yaylağa çıxdığımızı, Novlu bulağı, Göy bulaqdan su içdiyimizi qoyun-quzu növbəsində olduğumuz günləri xatırlayaraq hər zaman gözləri dolurdu. Bəli, gözəl uşaqlıq illərimiz oldu. Gözəl analı-atalı günlərimiz oldu. Düzdü, Namiq müəllim çox erkən atasını, rəhmətlik Talış müəllimi itirdi. Sonra Sumqayıtda yaşadığı dövrlərdə anası Əskinaz xala dünyasını dəyişdi. Və Namiq müəllim orda ana səni Kəlbəcər aparammadım şeirini yazdı. Namiq müəllimin o qədər şeirləri, o qədər belə deyim, yurd - yuvaya,el-obayla bağlı şeirləri var ki, vallah elə bir-bir dedikcə, insan kövrəlir, insanın könlü, belə deyim ərşə çəkilir.
Ha alışam, yanam gəlməz
Ta bu gölə sonam gəlməz
Atam gəlməz, anam gəlməz
Daha xarabadı bu ev.
Köz qaralıb ocağında
Sükut var hər bucağında
Qonaq etməz qucağında
Nə dostu, nə yadı bu ev.
Göynəsə də bağrım başı
Heç duymadı nadan, naşı
Xatirədi hər bir daşı
Damağımın dadı bu ev
Var ağrısı, var sitəmi
Bir vüsaldan qalıb kəmi
Dəryalarda batan gəmi
Dörd bir yanı sudu bu ev
Namiq, qucağına sığın
Ağrısı var yığın-yığın
Otuz illik ayrılığın
Qəm ünvanı adı bu ev.
Bəli, Namiq müəllimin şeirləri, Kəlbəcərlə bağkı, el-obayla, yurd-yuvayla, ümumən bütöv Azərbaycanla bağlı şeirləri, yazıları həddən ziyadə çoxdur. Və Namiq müəllimlə bizim hər zaman Kəlbəcəri sonuncu dəfə tərk etdiyimizi xatırlayıb danışanda gözlərimiz dolurdu, o günləri ürəj ağrısı ilə anırdıq. Qismət elə gətirdi ki, demək 27 sentyabr 2020-ci ildə buzim ordumuz əks hücuma keçərək torpaqları işğaldan azad edir. Fizuli, Zəngilan, Qubadlı zonasını demək alınarkən cənab prezidentimiz ali baş komandan hər gün xalqa belə deyim müjdə verirfi ki, filan kəndlər, filan rayonlar alındı. Və Namiq müəllimlə biz telefon əlaqəsi yaradıb Kəlbəcərin tezliklə alınacağını səbirsizliklə gözləyirdik. Bəli, şükürlər olsun Allaha. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə, cənab prezidentimizə can sağlığı versin. Alkah xalqımızı, ordumuzu qorusun ki, Kəlbəcərimiz də 2020-ci il demək, oktyab ayının 25-də işğaldan azad olundu. Və Namiq müəllimlə biz Kəlbəcərə getmək arzusunda olduq. Allah elə qismət elədi ki, 2021-ci ilin avqust ayında Namiq müəllimlə biz Kəlbəcərə getdik.Kəlbəcərdə demək, çox çətinliklə olsa da, yol-oz bağlı, çox əzab-əziyyətlə olsa dabiz öz doğma kəndimizi ziyarət edə bildik. Bəli, bu da Allahın bir qisməti, bir yazısı idi ki, sonuncu dəfə Çovdar- Şahkərəmi tərk et və demək, Kəlbəcər alınanda ilk dəfə də hər ikimiz o kəndə getdik. Bu da Allahın bizə bir qisməti idi. Bəlkə də uca yaradan buzim nə qədər o yerlərə bağlı olduğumuzu görürdü, bilirdi və ona görə də bu qisməti, bu anı bizə yetirdi. Bəli, Namiq müəllimlə biz Kəlbəcərə getdik, Kəlbəcəri ziyarət etdik. Kəlbəcərdə olduq. Öz dağılmış, viran olmuş evimizi, bağziyarət edərkən evlərimizin daşl-daş üstündə qalmadığını gördükdə biz göz yaşlarımızı saxlaya bilmədik. Namiq müəllim bax elə oradaca bir şeir yazdı ki:
Şər qarışdl, axşam düşdü
Evimdə yata bilmədim
Yorğun-arğın yol gəlmişdim
Evimdə yata bilmədim.
İllərdi ki, həsrət çəkən,
Dam-daşına qübar çökən
Atam tikən, düşmən sökən
Evimdə yata bilmədim.
Talehdi bir sınaq kimi
Qınaq yox bu qınaq kimi
Bircə gecə qonaq kimi
Evimdə yata bilmədim.
Sərin-sərin yuxum gəldi
Yeri sərin, yuxum gəldi
Elə sərin yuxum gəldi
Evimdə yata bilmədim
Gözlərimdə min ah dərən
Yuxularım pərən-pərən
Xatirələrim bar verən
Evimdə yata bilmədim
Arzuma çatıb dincəldim
Başımı qatıb dincəldim
Çöllərdə yatıb dincəldim
Evimdə yata bilmədim
Bəli, Namiq müəllim bu şeiri elə 2021-ci ilin avqust ayında biz öz doğma kəndimizə gedərkən yazdı, bu şeir dünyaya gəldi. İnanın səmimiyyətimə, Namiq müəllim haqqında günlərlə, aylarla danışsam azdı. Çünki, Namiq müəllim çox dosta sədaqətli, qohuma ürək açan bir oğlandı, bir ziyalıdı, bir eloğumuzdu. Namiq müəllimin iki övladı var. Allah saxlasın. Mən Namiq müəllimə birinci can sağlığı arzu edirəm. Arzu edirəm ki, heç vaxt səhhətindən, ürəyindən şikayət etməsin. Hər zaman elə mən deyəndə də deyirəm ürəyin sağ olsun əziz qardaş. Bu gün də deyirəm ki, əziz qardaşlm, ürətin sağ olsun, canın ssğ olsun. Allah taala o gözəl, gül balalarını həmişə xoşbəxt eləsin. Onların xoşbəxtliyi ilə yaşayasan, yaradasan. İnşallah bizim Kəlbəcərimizin. Bilirsiz Kəlbəcər şairlər diyarıdı. Necə ki, Əli Qurbanov öz dəvətnamələrini şeirlə yazıbdı. Və mən arzu edirəm ki, sən də o gözəl övladlarının toy dəvətnamələrini şeirlə yaxıb dostları həmin məclisə dəvət edəsən. Bax belə yazasan, yaradasan. Hər zaman canın sağ olsun. Hər zaman övladlarının gözəl günləri ilə öyünəsən. Ürəyin hər zaman sevincdən döyünsün. Öpürəm səni, bağrıma basıram. Bəkkə də sizin haqqınlzda az az dedim, az danışdım, amma bilirəm ki, sizin kitabınıxa ön söz yazan ziyalılarımı var. Çünki mən mox vaxt almaq isrəmədim. Gələcək yaradıcılığlnızda, gələcək günlərinizdə uğurlar arzu edirəm. Və ən ümdəsi bir şeyi nəzərdən keçirtdim Namiq müəllimin biz Çovdar kəndində 2023-cü ildə kitabının təqdimatını keçirtdik. Öz dağılmış o daşların, divarların üzərində. Mən onu xatırlayıram. Elə ilk oxucusu da mən oldum o kitabın orda. Bəli, bu günləri də ilk oxucusu olaraq, uşaqlıq dostu olaraq yaxın qohum olaraq, əzizim, sirdaşım olaraq mən sizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, ulu yaradan sizə böyük yubileyləri keçirməyinizi nəsib etsin. İnşallah o günləri Allah taala sizə nəsib etsin ki, böyük yubileylərdə əliniz çənənizdə, sazın-sözün sehri altında öz şeirlərinizi sevənlərinizə çatdırasız, oxuyasız. Var olasız. Sizi öpürəm, bağrıma basıram. Hər zamankı kimi sizi çox istəyən Vidadi Murtuzayev. Var oun! Öpdüm sizi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar