Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

m.

Tarix: 21-08-2025 15:41     Baxış: 10 A- / A+
(Sevinc də baxıb)

ADPU-nun tarix fakültəsində təhsil alırdım. Buna baxmayaraq jurnalistikaya marağım çox idi. Bir neçə qəzetdə 10-a yaxın məqaləm dərc olunmuşdu. 1996-cı ilin payız fəsli idi. O zaman Sumqayıtda gənclərin həftəlik tribunası kimi fəaliyyət göstərən “168 saat” qəzetinin redaksiyasına üz tutdum. Qəzetin baş redaktoru Namiq Dəlidağlı məni iş otağında qəbul etdi, dərc olunan məqalələrimlə tanış oldu, sonra isə qəzet redaksiyası ilə əməkdaşlıq etməyimə razılıq verdi. Təqribən 2 ay həmin qəzetdə məqalələrim dərc olundu  və qəzetin çapa hazırlanmasına kömək etməyə başladım. N.Dəlidağlı potensialımı dəyərləndirərək məni məsul katib vəzifəsinə təyin etdi. 1997-ci ilin əvvəlində isə Sumqayıt şəhər Gənclər, İdman və Turizm İdarəsinin mətbu orqanı olan “Hər şey sizin üçün” qəzetində fəaliyyətimizi davam etdirdik və sözügedən qəzeti çapa hazırladıq.          N.Dəlidağlının baş redaktor, mənim isə baş redaktor müavini olduğum bu qəzet, uzun müddət gənclər şəhəri Sumqayıtda gənclər siyasətini, yeniyetmə və gənclərin istedad və marağının üzə çıxarılmasında, təbliğ olunmasında yeganə mətbuat orqanı kimi fəaliyyət göstərdi, çoxsaylı oxucu auditoriyası qazandı.  

Əsasən, gənclərin işlədiyi redaksiyada qaynar mühit yarandı, gözəl bir redaksiya kollektiv formalaşdı. O dövr üçün asan olmasa da ilk dəfə Sumqayıtda 16 səhifəlik qəzet çap etdirdik.

Ali təhsilimi başa vurduqdan sonra öz peşəm üzrə çalışmağa başladım. Namiq Dəlidağlı isə bir neçə xəbər saytının qurucusu, baş redaktoru olaraq bu gün də mətbuatda yorulmadan fəaliyyətini davam etdirir. Dövri mətbuatda müxtəlif mövzulardan bəhs edən yazıları ilə ardıcıl olaraq çıxış edir. Öz peşəsinə sadiqliyini nümayiş etdirir. Onu da qeyd edim ki, Namiq kiçik yaşlarından bu sahəyə dərin maraq göstərmiş, şeir və məqalələri rayon qəzetində işıq üzü görmüşdür. O jurnalist olmaqla yanaşı, öz dəst-xətti olan şairdir. Bu gün şeirləri ölkə hüdudlarından kənarda tərcümə olunaraq yayılır, sevilə-sevilə oxunur. Xaricdə işıq üzü görən ədəbi almanaxlarda şeirləri yer alır, kitabı çap olunur. Türk məmləkətləri, o cümlədən avropa ölkələri ilə həm ədəbi, həm də media sahəsində sıx əməkdaşlıq edir. 
N.Dəlidağlı şeir yazarkən, kitab nəşr etdirərkən hər zaman kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir. Söz düşmüşkən, deyim ki, indiyədək şairin 4 şeirlər, 1 publisistik kitabı işıq üzü görüb. O cümlədən 4 publisistik kitabın həmmüəllifidir. O ictimai fəal və gözəl ailə başçısıdır.

İlk tanış olduğumuz illər arxada qalıb. Bu gün artıq nə o redaksiya, nə o qəzet var. Amma çox şey var: 29 ilə dayanan səmimiyyət, dostluq, qardaşlıq... Namiq işində, yaradıcılığında məsuliyyətli, tələbkar, obyektiv olduğu kimi, dostluqda da möhkəmdir, etibarlıdır. Onun dostluğu, səmimiyyəti, mehribanlığı, təkcə birlikdə vaxt keçirməkdən ibarət deyil. Bizi  bir-birimizə yaxınlaşdıran mənəvi tellər var. Yəqin ki, düşüncə, xarakter və ruh baxımından yaxın olmağımız dostluğumuzu, qardaşlığımızı möhkəm təməl üzərində qurub. 
Əziz dostum Namiqlə bir yerdə olan gözəl xatirələrimiz çoxdur. Bu gün bizə əziz olan unudulmaz xatirələrimizin çoxu gənclik illəri ilə bağlıdır... Təəssüf ki, bu gün onları yenidən yaşamaq və geri qaytarmaq mümkün deyil. Ancaq xatırlamaq, bəzi hallarda dərindən ah çəkmək imkanındayıq...

O vaxtlar harasa yol gedəndə, yaxud da parkda gəzəndə hərdən görürdüm ki, Namiq dodaqaltı  nəsə pıçıldayır. Soruşanda “şeir yazıram”, deyirdi. Heç vaxt qarşısına vərəq, qələm qoyub şeir yazdığını görmədim. Birinci kitabındakı şeirlərin böyük əksəriyyətini əzbər bilirəm. Çünki, onun ilk dinləyicisi və oxucularından olmuşam.
Gənclik illərində yazıdığı 

İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.

...Bu dərd elə dil açıb
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.

kimi sevgi şeirləri ilə bərabər

Dəli bir haraya kökləndi qəlbim, 
Dərd yükü çəkməyə köhnədi qəlbim.
Dərin bir ah çəkdim, göynədi qəlbim,
Ağladım, gözümün yaşı üşüyür. 

Gədiklər, bərələr tar bağlayıbdı, 
Tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
Bu fəsil bir kəndin qışı üşüyür. 

Bu yaram sağalmaz, loğman, ha sarı,
Toxunsan, artacaq ağrı-azarı. 
Orda yad əlində ata məzarı, 
Burda ürəyimin başı üşüyür.

ağrı-acısı ilə yoğrulmuş, yüklənmiş misraları da yer alırdı. 

İndi şair sevgi şeirlərinə üz tutsa da, artıq Kəlbəcərin həsrətindən şeir qələmə almır. Çünki Kəlbəcər azaddı və haqlı olaraq N.Dəlidağlı

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov,  hər vaxtın xeyir, 
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
deyir..

Əziz dostum, qardaşım Namiq Dəlidağlının bu payız 55 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, uzun ömür, firəvan həyat, yeni-yeni yaradıcılıq uğrları arzulayıram.



***

ADPU-nun tarix fakültəsində təhsil alırdım. Buna baxmayaraq jurnalistikaya marağım çox idi. Bir neçə qəzetdə 10-a yaxın məqaləm dərc olunmuşdu. 1996-cı ilin payızı fəsli idi. O zaman Sumqayıtda gənclərin həftəlik tribunası kimi fəaliyyət göstərən “168 saat” qəzetinin redaksiyasına üz tutdum. Qəzetin baş redaktoru Namiq Dəlidağlı məni iş otağında qəbul etdi, dərc olunan məqalələrimlə tanış oldu, sonra isə qəzet redaksiyası ilə əməkdaşlıq etməyimə razılıq verdi. Təqribən 2 ay həmin qəzetdə məqalələrim dərc olundu  və qəzetin çapa hazırlanmasına kömək etməyə başladım. N. Dəlidağlı potensialımı dəyərləndirərək məni məsul katib vəzifəsinə təyin etdi. 1997-ci ilin əvvəlində isə Sumqayıt şəhər Gənclər, İdman və Turizm İdarəsinin mətbu orqanı olan “Hər şey sizin üçün” qəzetində fəaliyyətimizi davam etdirdik və sözügedən qəzeti çapa hazırladıq. N. Dəlidağlı baş redaktor, mənim isə baş redaktor müavini olduğum bu qəzet, uzun müddət gənclər şəhəri Sumqayıtda gənclər siyasətini, yeniyetmə və gənclərin istedad və marağının üzə çıxarılmasında, təbliğ olunmasında yeganə mətbuat orqanı kimi fəaliyyət göstərdi, çoxsaylı oxucu auditoriyası qazandı.  
  N. Dəlidağlı baş redaktor, mənim isə baş redaktor müavini olduğum bu qəzet, uzun müddət gənclər şəhəri Sumqayıtda gənclər siyasətini, yeniyetmə və gənclərin istedad və marağının üzə çıxarılmasında, təbliğ olunmasında yeganə mətbuat orqanı kimi fəaliyyət göstərdi, çoxsaylı oxucu auditoriyası qazandı. Əsasən, gənclərin işlədiyi redaksiyada qaynar mühit yarandı, gözəl bir redaaksiya kollektivi formalaşdı.  O dövr üçün asan olmasa da ilk dəfə Sumqayıtda 16 səhifəlik qəzet çap etdirdik.

Ali təhsilimi başa vurduqdan sonra öz peşəm üzrə çalışmağa başladım. Namiq Dəlidağlı isə bir neçə xəbər saytının qurucusu, baş redaktoru olaraq bu gün də mətbuatda yorulmadan fəaliyyətini davam etdirir. Dövri mətbuatda müxtəlif mövzulardan bəhs edən yazıları ilə ardıcıl olaraq çıxış edir. Öz peşəsinə sadiqliyini nümayiş etdirir. Onu da qeyd edim ki, Namiq kiçik yaşlarından bu sahəyə dərin maraq göstərmiş, şeir və məqalələri rayon qəzetində işıq üzü görmüşdür. O jurnalist olmaqla yanaşı, öz dəst-xətti olan şairdir. Bu gün şeirləri ölkə hüdudlarından kənarda tərcümə olunaraq yayılır, sevilə-sevilə oxunur. Xaricdə işıq üzü görən ədəbi almanaxlarda şeirləri yer alır, kitabı çap olunur. Türk məmləkətləri, o cümlədən avropa ölkələri ilə həm ədəbi, həm də media sahəsində sıx əməkdaşlıq edir. 
N.Dəlidağlı şeir yazarkən, kitab nəşr etdirərkən hər zaman kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir. Söz düşmüşkən, deyim ki, indiyədək şairin 4 şeirlər, 1 publisistik kitabı işıq üzü görüb. O cümlədən 4 publisistik kitabın həmmüəllifidir. O ictimai fəal və gözəl ailə başçısıdır. (NƏSƏ ƏLAVƏ etmək olar) 

İlk tanış olduğumuz illər arxada qalıb. Bu gün artıq nə o redaksiyaya, nə o qəzet var. Amma çox şey var: 29 ilə dayanan səmimiyyət, dostluq, qardaşlıq... Namiq işində, yaradıcılığında məsuliyyətli, tələbkar, obyektiv olduğu kimi, dostluqda da möhkəmdir, etibarlıdır. Onun dostluğu, səmimiyyəti, mehribanlığı, təkcə birlikdə vaxt keçirməkdən ibarət deyil. Bizi  bir-birimizə yaxınlaşdıran mənəvi tellər var. Yəqin ki, düşüncə, xarakter və ruh baxımından yaxın olmağımız dostluğumuzu, qardaşlığımızı möhkəm təməl üzərində qurub. 
Əziz dostum Namiqlə bir yerdə olan gözəl xatirələrimiz çoxdur. Bu gün bizə əziz olan unudulmaz xatirələrimizin çoxu gənclik illəri ilə bağlıdır... Təəssüf ki, bu gün onları yenidən yaşamaq və geri qaytarmaq mümkün deyil. Ancaq xatırlamaq, bəzi hallarda dərindən ah imkanındayıq...

O vaxtlar harasa yol gedəndə, yaxud da parkda gəzəndə hərdən görürdüm ki, Namiq dodaqaltı  nəsə pıçıldayır. Soruşanda “şeir yazıram”, deyirdi. Heç vaxt qarşısına vərəq, qələm qoyub şeir yazdığını görmədim. Birinci kitabındakı şeirlərin böyük  əksəriyyətini əzbər bilirəm. Çünki, onun ilk dinləyicisi və oxucularından olmuşam.
Gənclik illərində yazıdığı 

İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.

...Bu dərd elə dil açıb
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.

kimi  sevgi şeirləri ilə bərabər


Dəli bir haraya kökləndi qəlbim, 
Dərd yükü çəkməyə köhnədi qəlbim.
Dərin bir ah çəkdim, göynədi qəlbim,
Ağladım, gözümün yaşı üşüyür. 

Gədiklər, bərələr tar bağlayıbdı, 
Tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
 Bu fəsil bir kəndin qışı üşüyür. 

Bu yaram sağalmaz, loğman, ha sarı,
Toxunsan, artacaq ağrı-azarı. 
Orda yad əlində ata məzarı, 
Burda ürəyimin başı üşüyür.

  ağrı-acısın ilə yoğrulmuş, yüklənmiş misraları da yer alırdı. 

İndi şair sevgi şeirlərinə üz tutsa da, artıq Kəlbəcərin həsrətindən şeir qələmə almır. Çünki Kəlbəcər azaddı və haqlı olaraq N.Dəlidağlı

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov,  hər vaxtın xeyir, 
 Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
deyir..

Əziz dostum, qardaşım Namiq Dəlidağlının bu payız 55 illik yubileyidir. Bu münasibətlə təbrik edirəm, uzun ömür, firəvan həyat, yeni-yeni yaradıcılıq uğrları arzulayıram.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar