Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Gəncədə klinika meyiti qaytarmır?

Tarix: 28-07-2025 08:37     Baxış: 313 A- / A+
LiveAZPlay Store AppApp Store App



Gəncədə klinika meyiti qaytarmır? - Mərhumun yaxınlarından ŞİKAYƏT

 

A-A+Gəncədə bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1989-cu il təvəllüdlü Ayaz Məmmədov xəstəxanada dünyasını dəyişsə də, onun meyiti hələ də yaxınlarına verilmir.
Oxu.Az xəbər verir ki, mərhumun qaynı Elçin Böyükkişiyevin Teleqraf-a bildirdiyinə görə, onlara A.Məmmədovun vəfat etməsi və onun nəşinin "DNK Hospital" özəl tibb müəssisəsindən götürülməsi ilə bağlı zəng olunub.
Lakin sonradan tibb müəssisəsindən bildirilib ki, xəstə ölməyib və onu yaxınlarına təhvil verə bilməzlər.
"İyul ayının 24-ü hadisə baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib. 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəldi ki, Ayaz Məmmədov dünyasını dəyişib, gəlin aparın. Sonradan isə deyirlər ki, ölməyib, sağdır. Xəstəxanada olan qohumlar Ayazın öldüyünü təsdiqləsələr də, klinika meyiti bizə vermir" - deyə E. Böyükkişiyev bildirib.
Axşam saatlarında tibb müəssisənin qarşısına mərhumun yaxınları toplaşıb və yaranan vəziyyətə etiraz ediblər.
Qeyd edək ki, A. Məmmədov iyulun 24-də yolu keçərkən "Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar