Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda tullantı suları çaya axıdılır

Tarix: 23-07-2025 16:19     Baxış: 3292 A- / A+



Sumqayıtda "Bakı Qida və Yağ Fabriki"nin tullantı sularının çaya axıdılması faktı araşdırılır.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Bakı Qida və Yağ Fabriki” MMC-də istehsalat zamanı yaranan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə birbaşa "Sumqayıtçay" çayına axıdılması faktı müəyyən edilib.
Müəssisə tullantı sularının təmizlənmə prosesindən keçdiyini bildirirsə də, ərazidə kəskin iy və tullantı suyunun vizual görünüşü bunun əksini göstərir. Bu səbəbdən, axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülüb və fakt üzrə inzibati araşdırma başlanıb.
Araşdırmanın yekununda iş üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə təqdim olunacaq.
Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” MMC “Azərsun Holdinq” MMC-nin tərkibində olan və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisədir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar