Xəbər lenti
rv
Gün o gün olsun ki, şeirlərini Kəlbəcərdə yazasan + (Sevinc də baxıb)
Axşamın xeyir, Namiq bəy! Yəqin yatmamısan. Mən də sənin şeirlərinlə birgə oyağam. Şeirlərinlə tanış oldum. Elə səninlə də daha yaxından tanış oldum. Şeirlərin Səni mənə daha yaxşı tanıtdı. Ürəyimcə oldu, oxuduqca həm sevindim, həm də dərdlərlə, ağrılarla yenidən qovruldum. Şeirlərin ürəyimin yaralarının qaysağını qoparsa da, Səni əsl şair kimi tanımağıma səbəb oldu. Var ol!
"Namiq adlı oğlun ölsün, ay Ana,
səni Kəlbəcərə aparammıram",
"atamın məzarından xatirələrimi
götürməyə üzüm qalmayıb.
Bilirəm ki, atam xatirələri
nifrətə çevirib, tüpürəcək üzümə..." misraların öz səmimiliyi, təbiiliyi ilə məni çox təsirləndirdi, lap dəli elədi. Ancaq ağrılı da olsa, ürəkdən gələn, vətən dərdli-haraylı şeirlərdir. Var ol! Gün o gün olsun ki, şeirlərini Kəlbəcərdə yazasan, o yurd üçün illər təşnəsi, həsrətlisi olduğundan bir də o yerləri qoyub (bir də əldən getməsin deyə!) Sumqayıta üz tutmayasan, biz də ölməyib, gəlib o yerləri görək. İnşallah!
Rəhman Orxan
09.10.2017
***
(Bunu məsləhət edərik) - (Sevinc də baxıb)
Qəlbi Kəlbəcər nisgilli-dərdli, şeirləri Dəlidağ, Aşıq Şəmşir haraylı şair Namiq Dəlidağlı ilə axır ki dünən görüşüb-söhbətləşdik. Neçə vaxt idi görüşmək, "Əllidə ələnənlər" kitabını mənə bağşlamaq istəyirdi. Səbəbli-səbəbsiz və daha çox səhhətimlə bağlı görüşə bilmirdik. Nəhayət ki, "maneə"ni aşa bildik. O, mənə öz kitabını, mən də doğma Sumqayıtımıza həsr etdiyim bəxti kəm, laqeydliklə qarşılanmış "Dənizə addımlayan şəhər" kitabımı ona bağışladım. Bir saata qədər söhbətimiz oldu - poeziya ustadlarımız barədə, Kəlbəcər barədə... Düzünü deyim ki, Namiqlə 30 ilə yaxın "soyuq tanışlığımız" olsa da, 3-4 il əvvələ kimi onu yalnız jurnalist kimi tanıyırdım. Saytlarda Kəlbəcərlə, ata-ana həsrəti, yanğısı ilə yazdığı, məni sarsıdan-göynədən bir-neçə şeirini oxuduqdan sonra onu şair kimi gec tanıdığma təəssüfləndim. Allah qoysa, nə vaxtsa onun haqqında geniş yazmalı olacam. Ancaq bir şərtlə - sağlıq olsun, Allah hər birimizə ömür versin və mən şair dostlarım haqda öz sözümü deyə bilim. Sağlıq olsun!..
Rəhman Orxan
15.07.2021
***
[H A M I Ü Ç Ü N O L M A Y A N. . .] RUBRİKAМДА **<>***<>***<>***<>***<>** hami kimi olmayan, ruh parçam, könül doğmam, əziz və sevgili dostum n a m i q d ə l i d a ğ l i y a salamlar, sevgilər olsun! həmçinin, xeyli zamandir zənglərinə, yazilarina, nigarançiliq, sevgi, sədaqət dolu sorğu və ismariclarina (sms) cavab verə bilmədiyim və bəlkə də cavab verməkdən yayindiğim dost və doğmalarin hər birini bağrima basaraq, sizlərlə döyünən, sizləri unutmayan və sizlərlə siləbəsilə olan ü r ə k c i y i m i n kövrək, titrək dost duyğularini yetirirəm! əminəm ki, mənim fəlsəfi-analitik düşüncə və nəticələrimlə mənim yaşima catanda, mənim bu halimi daha yaxşi anlayacaq və məni əvf edəcəksiniz… əzizim namiq! bir daha səni köksümə sixir və ən səmimi təşəkkürlərimi yetirirəm. şeirin də çox xoşuma gəldi. qələmindən, sözündən, dostluğundan, ruhundan öpürəm! bu sətirləri ancaq məni özü qədər taniya bilən dost ürəyi doğa bilərdi!… ömrünə yeni təşrif gətirən il də mübarək olsun!!! düşərli, uğurlu, sağlam və “məhsuldar”, yaddaqalan, mənali-məzmunlu illərdən olsun!!! əzizim n a m i q! təkcə dostun olaraqdan yox, siradan bir vətən daşi kimi də ürəyimi, ruhumu payəndaz edirəm qarabağ eşqiylə yazdiğin, dediyin hər bir sözün ünvanina, sənin də sözü silaha çevirib apardiiğin mübarizə yollarina!.. hər bir şəhidimizin ruhuna sayği və itaətlə baş əyirəm,ordumuza, hər bir əsgərimizə, bu möhtəşəm qələbəmizdə payi olan hər bir soydaşimiza ehtiram olsun! sənin də öz xüsusi və fərdi payin var! mən də hələki salamatam. həzrəti insultun nəticələri ilə barişmamiş, indi də “şəkər xanim” yapişdi boğazimdan… salamat qal, əziz dostum! p.s.onur və uğur bəyi öpürəm. haqqimda ifadə etdiyin səmimi ürək əsintilirinə münasibət bildirən hər kəsə, şərikli dostlarimiza, s e v i n c qərib bacimiza xüsusən sayği və sevgilərimi ifadə edirəm… Famil Müseyibov
***
ƏZİZİM N A M İ Q! Həmişə Vətəndə! Həmişə Yurdda! Hər addımını, sözünü, hənirtini, ürəyinin döyüntüsünü belə, ürək çırpıntılari ilə izləyirəm!.. Xəyalən də olsa, səninlə birgə addımlayıram, yurd-yurd, kalafa-kalafa, məzar- məzar, bulaq-bulaq, çiçək- çiçək… Tövşüyə- tövşüyə, qəhərdən boğula-boğula düşmüşəm arxanca, bu xəstə, qoca, halsız halımda ayaqlarına dolaşa-dolaşa səninlə gəzirəm yurd yerlərimizi… Atalarımızın izlərini, nənələrimizin ocaq daşlarını, gəncliyimizin solub qalmış xatirələrini, körpə, kövrək uşaqlıqımızı… axtara-axtara, ağrıya-ağrıya addımlayıram səninlə, sürünürəm arxanca… …Neyləyim ki, axı hər şeyimiz bir olub,—mayamız, ruhumuz, taleyimiz, dağımız, dərəmiz, məzarlığımız, Tutqumuz, DƏLİDAĞIMIZ, yolumuz, bulağımız…hər şeyimiz!… Bəlkə, elə ruh əkizliyimiz də elə burdandı!… Qadan alım, ay N A M İ Q, mən əvəzdən də öp o daşları! Bulaqları demirəm, əyil, dizlərini yerə qoy, öp Tutqunun qırçın, dəlisov, bulanıq sularından, təşnə-təşnə iç Dəlidağın göz yaşlarından!… Cadar-cadar olmuş dodaqlarımın qərinə həsrətiynən ÖP, ÖP o ayna bulaqların zümrüd gözlərindən!… Bilirsənmi, əziz dost, … Bilirsən! — «BƏLKƏ O YERLƏRƏ BİR DƏ GƏLMƏDİM…»… Bağışla, yazmaq da, danışmaq da mənim üçün çətindir…Öpürəm, məni unutma…
Famil Müseyibov

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar