Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Yetirmişlidən zəlzələ ilə bağlı vacib açıqlama

Tarix: 24-04-2025 20:35     Baxış: 324 A- / A+


Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər.
Manevr.az-ın məlumatına görə, Globalinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:
“Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı kənarına çəkilməsi məsləhətdir. Çünki qapının üstündən möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir”.
Qurban Yetirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çilçıraqdan uzaq durmaq lazımdır:
“Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər. Lakin onlar yerdə dayanmalıdırlar ki, binadan bir hissə qopub düşəndə, yaxud ağac aşanda xəsarət almasınlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar