Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

Tarix: 20-08-2019 15:34     Baxış: 4275 A- / A+
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

"Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!"

Manevr.az xəbər verir ki, bu sözləri media.az-a müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə "daxil" edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.

"Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq", - deyə Mixail Saakaşvili qeyd edib.

Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda məhz özünün 2001-ci ildə yaratdığı "Vahid Milli Hərəkat" partiyası fəaliyyət göstərir.

"Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu (Gürcüstana səfər – red.) elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm.

Mən oliqarxdan qorxmuram (Bidzin İvanişvili nəzərdə tutulur - red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq", - deyə Mixail Saakaşvili vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar