Xəbər lenti
Çavuşoğlu: “Prezident İlham Əliyev dedi ki…”

Rusiyanın təkliflərini nəzərdən keçiririk, bizim Ermənistana edə biləcəyimiz təkliflərlə uzlaşır.
Manevr.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
Bakı səfərindən danışan nazir Azərbaycan-Türkiyə-Rusiya görüşlərinin keçiriləcəyini qeyd edib:
“Çevrilişə cəhd olduğu gün Bakıdan Samsuna gəlmişdim. Bakıda Xarici İşlər naziri Elmar Məmmədyarov və Prezident İlham Əliyevlə görüşdə xeyli məsələni müzakirə etdik. Azərbaycan-Rusiya-İran mexanizminin qurulduğunu dedilər.
Bu zaman Azərbaycan-Türkiyə-Rusiya mexanizminin qurulması gündəmə gəldi. Bir çox siyasi və regional layihələr var. Nəqliyyat önündəki əngəllər qalxacaq. Çarter və quru yolla daşımalar mövzusunda önəmli qərarlar verdik. Üçlü şəkildə görüşlərimiz olacaq.
Qafqazın gələcəyinə təhdid olan Qarabağ problem var. Biz keçmişdə xeyli səy göstərdik. Həm Minsk Qrupunun, həm də Putinin cəhdləri var. Rusiyanın təkliflərini nəzərdən keçiririk, bizim Ermənistana edə biləcəyimiz təkliflərlə uzlaşır. Biz də bölgənin sabitliyi və gələcəyi naminə bu problemin həlli yolunda üzərimizə düşəni edəcəyik. Üçlü mexanizm üçün dəyərləndirmə imkanımız olacaq”./axar.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar