Xəbər lenti
Tərlan Həsənov Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb
Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Mükafatlandırılanlar arasında “Judo Club 2012” klubunun cüdo bölməsi üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov da yer alıb. Təcrübəli mütəxəssis Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, Tərlan Həsənov Azərbaycanın Əməkdar məşqçisi, Azərbaycan Cüdo Federasiyasının Məşqçilər Şurasının üzvüdür. Məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var.
Tərlan Həsənov 2014-cü ilən “Judo Club 2012”nin cüdo bölməsi üzrə baş məşqçi vəzifəsində çalışır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar