Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - FAKTLAR

Tarix: 04-10-2019 16:11     Baxış: 4350 A- / A+
"Qarabağ"ın oyununda təxribat törədən erməni görün kim imiş - FAKTLAR


"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.

Matçın 31-ci dəqiqəsində dron vasitəsilə stadiona Qondarma Dağlıq Qarabağ rejiminin bayrağı buraxılıb. Bundan sonra 20-25 dəqiqəlik fasilə yaranıb.

Manevr.az xəbər verir ki, sportal.az-ın araşdırmasına görə, məsuliyyəti "Ultra-qrup birinci Ermənistan cəbhəsi" üzərinə götürüb. Dəstənin Spartak ləqəbi ilə tanınan başçısı bu hadisəni reallaşdırıb.

Spartakın əsl adı Artur Zakaryandır. O, Azərbaycanın işğal altında olan Şuşa rayonundandır.

Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. Erməni azarkeş ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Londonda "Arsenal"la keçirilmiş matçda da təxribat törətmişdi.

O, 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə qondarma "Dağlıq Qarabağın" bayrağı ilə meydana çıxmışdı. Spartak 1993-cü ildə qətlə yetirilən terrorçunun ölümünə işarə vuraraq, 93-cü dəqiqədə meydana daxil olmuşdu.

Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağandır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar