Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qırğızıstanın sabiq Prezidenti Atambayev saxlanılıb -YENİLƏNİB

Tarix: 07-08-2019 19:49     Baxış: 4192 A- / A+
Qırğızıstanın sabiq Prezidenti Atambayev saxlanılıb -YENİLƏNİB



Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Ria Novosti" məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda xüsusi təyinatlılar sabiq prezidentin iqamətgahında əməliyyat keçirir.

***

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilir.

APA-nın 24.kg saytına istinadən verdiyi xəbərə görə, xüsusi təyinatlılar Koy-Taş kəndində A. Atambayevin iqamətgahına hücum əməliyyatına başlayıb.

İqamətgahın ərazisinə xüsusi təyinatlılar yeridilib, atəş səsləri eşidilir. Məlumata görə, sabiq Prezidentin tərəfdarları arasında 10-a yaxın şəxs yaralanıb.

Xəsarət alanlar arasında jurnalist Aida Cumaşova da var.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar