Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaş qəbulu keçirib -ŞƏKİLLƏR

Tarix: 13-03-2020 14:53     Baxış: 4232 A- / A+
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 13 mart 2020-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb.
“Azəriqaz”-dan Manevr.az-a verilən məlumata görə, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra baş direktor R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. Müsahibədə “Azəriqaz” İstehsalat Birliyində “Koronavirus” infeksiyasının yayılmaması üçün görülən profilaktik tədbirlərdən söz açılıb: “SOCAR prezidentinin əmri ilə həm baş ofis, həm də struktur təşkilatlarda müəyyən işlərə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında bu əmrə uyğun olaraq dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və Birliyimizə gələn insanların hərarəti cihazlarla ölçülür. Bilirsiniz ki, bizim təşkilatımız SOCAR sistemində ən çox insanlarla ünsiyyətdə olan təşkilatdır. Abonentlərin müraciətlərini və s. nəzərə alsaq, Birliyə gündəlik çox sayda insan axını olur. Biz xidmət sahəsində çalışırıq, çöl şəraitində işlərimiz çox olur. 104/185 saylı Çağrı Mərkəzinə gələn zənglər əsasında mənzillərə baxış keçirməli oluruq. Ona görə də profilaktik tədbirlərə ciddi riayət edilir. Hər bir əməkdaşımız təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur".

Manevr.az
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaş qəbulu keçirib
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaş qəbulu keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar